Avro və qızılın bahalaşacağı proqnozlaşdırılır
Bu həftə AMB-nin monetar siyasəti fonunda müzakirələri, Avrozona və Türkiyədən inflyasiya göstəriciləri və ABŞ-dan NFP diqqət mərkəzində olacaqdır.
EUR
Beynəlxalq maliyyə bazarlarında may ayı cari ilin ilk ayıdır ki, itkilərlə müşahidə olunub. Qlobal ticarət böhranının dərinləşməsi, Amerika mərkəzi bankını (FED) da faiz azaldılmasına məcbur edə bilər və bu ehtimallar son günlər dolların ucuzlaşmasına təsir etməkdədir. Nəticədə EUR/USD məzənnəsi 1.1186$-a kimi bahalaşıb və 1.1225$-a kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.
Bu həftə isə fundamental hadisələrlə zəngin dövrdür. Çərşənbə axşamı Bakı vaxtı ilə saat 13:00-da Avrozonadan inflyasiya və cümə axşamı saat 16:30-da Avropa mərkəzi bankının (AMB) yeni qərarına dair açıqlamalar olacaqdır. Cümə günü saat 16:30-da ABŞ-ın əmək bazarı ilə bağlı dərc ediləcək yeni göstəricilər də investorların diqqət mərkəzindədir.
GBP
GBP/USD məzənnəsi də bahalaşmaqdadır və 1.27$-ın üzərində qaldıqca, 1.28$-a kimi bahalaşa bilər.
Bu gün Amerika prezidenti Donald Trampın İngiltərəyə önəmli səfəri də böyük maraqla gözlənilməkdədir. ABŞ höküməti İngiltərəni breksit prosesində dəstəkləyir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
TRY
Türkiyə maliyyə bazarlarında da lirə bahalaşmaqdadır, lakin yenidən 6.00TL-yə kimi ucuzlaşa biləcəyi proqnozları da aktual olaraq qalır.
Türkiyədə yüksək inflyasiya və bələdiyyə seçkiləri fonunda proseslər ölkədə iqtisadi və siyası risklərin yüksək qalmasına əsas səbəblərdir. Bu baxımında bazar ertəs saat 11:00-da Türkiyədən açıqlanacaq inflyasiya göstəriciləri də diqqət mərkəzində olacaqdır.
OIL
Dünyada iqtisadi dinamikanın zəifləməsi, enerji birjalarında neftə olan tələbin də azalmasına təsir etməkdədir və qiymətlərin ucuzlaşması müşahidə edilir. Təhlillərə əsasən, 61$-a ticarət edilən Avropanın Brent neftinin bir barel qiyməti, 58$-a kimi də dəyər itirə bilər.
Çərşənbə günü saat 18:30-da açıqlanacaq Amerikanın neft və benzin ehtiyatları ilə bağlı önəmli fundamental məlumatların da qiymətlərə güclü təsir edəcəyi gözlənilir.
GOLD
FED-in iki faiz artımına gedə biləcəyi ehtimalları, əlvan metallar bazarlarında qızıla olan tələbin artmasına da təsir etməkdədir. Qızılın bir unsiya üzrə qiyməti keçən həftə ərzində 3% dəyər qazanaraq, 1312$-ın üzərində təklif edilib. 1313$ (41.5 $/qram) yuxarı istiqamətdə qırılarsa, qızıl 1322$-a kimi dəyər qazana bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
34 d. əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 18 saat əvvəl
-
-
18 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi







.jpg)



.jpg)





