23 hektarlıq park, eni 15 metr olan yol
Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevin sərəncamlarına müvafiq olaraq yolların genişləndirilməsi, inşaat və abadlıq işləri yüksək keyfiyyətlə davam etdirilir.
“Azəravtoyol” ASC-dən verilən məlumata görə, “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında aparılan işlər ümumilikdə 26 hektar ərazini əhatə edir. Bura 23 hektar sahədə yaşıllaşdırma və abadlıq işləri, 3 hektar sahədə isə avtomobil yollarının tikintisi işləri daxildir.
Məqsəd hələ ötən əsr ərzində ölkə paytaxtının inkişafı ilə bağlı hazırlanmış şəhərsalma sənədlərinə uyğun olaraq, Füzuli küçəsini genişləndirilməklə Nərimanov prospekti ilə birləşdirəcək yeni prospektin salınması və həmin prospekt boyunca yaşıllıq zolaqlarının yaradılmasıdır.
Sözügedən ərazilərdə “Azəravtoyol” ASC tərəfindən ümumi uzunluğu 7.6 km-ə yaxın olan 5 küçədə əsaslı şəkildə yenidənqurma işləri həyata keçirilir. Layihə Nəriman Nərimanov, Abdulla Şaiq, Balababa Məcidov, Mirzağa Əliyev, Füzuli küçələrini və Təzəpir məscidin ətrafındakı yolları əhatə edir. Təzəpir məscidi ətrafındakı yollar iki zolaqlı, digər yollarda isə üç və dörd zolaqlı olması nəzərdə tutulub.
Əvvəllər bu küçələrin ensiz olması, üstəlik bir-çox hissələrdə piyada səkilərinin olmaması avtonəqliyyat vasitələrinin, həmçinin vətəndaşların gediş-gəlişində xeyli çətinliklər yaradırdı. Yenidənqurma işləri çərçivəsində bu problemlər nəzərə alınaraq küçələr həm genişləndirilır, həm də geniş piyada səkiləri inşa edilir.
Yenidən qurulan Balababa Məcidov küçəsinin uzunluğu 440 metrdir. Küçənin əvvəlki eni 7-8 metr olub. Hazırda layihə çərçivəsində küçə genişləndirilərək 15 metrə çatdırılıb. Layihəyə uyğun olaraq Balababa Məcidov küçəsində 3 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 12 metr təşkil edir. Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün hər iki istiqamət üzrə 1.5 metr enində piyada səkiləri inşa edilir. Ümumilikdə Balababa Məcidov küçəsində işlərin 80%-i yerinə yetirilib. Yeni kommunikasiya xətləri çəkilib, yağış suları üçün drenaj xətti qurulub, küçənin asfaltlaşdırılması başa çatdırılmaq üzrədir. Hazırda digər küçələrdə torpaq yatağının və hamarlayıcı layın tikintisi, kommunikasiya xətlərinin köçürülməsi işləri uğurla aparılır.
Bu işlərə paralel olaraq layihə çərçivəsində ərazi boyu kommunikasiya xətlərinin inşası işləri görülür. Artıq qaz xətləri üzrə 34%, elektrik xətləri üzrə 53%, su-kanalizasiya xətləri üzrə 38%, rabitə xətləri üzrə isə 25% işlər aparılaraq yekunlaşdırılıb.
İndiyə qədər layihə üzrə 54 min m3 qazma işləri (qaya tipli əhəng daşı), 9 min m3 dolma işləri görülüb. Yollarda hamarlayıcı layın tikilməsi üçün 3 600 m3 seçmə materialdan, yol əsasının tikintisi üçün 990 m3 optimal tərkibli çınqıl qum qarışığından, yol örtüyün tikintisi üçün isə 1 741 ton asfalt-betondan istifadə edilib, 1 300 p/m yağış suları drenaj xətti çəkilib və bu istiqamətdə işlər davam etdirilir.
Qeyd edək ki, yenidən qurulan küçələrdə layihə üzrə yeni işıqlandırma sistemləri qurulacaq, bunun üçün 220 ədəd işıq dirəyindən istifadə ediləcək. Bundan başqa ictimai nəqliyyat üçün 14 ünvanda “cib”liyin tikilməsi və müasir avtobus dayanacaqların qurulması, parkinq yerlərinin tikintisi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 6 saat sonra
-
- 2 saat sonra
-
14 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"
-
15 saat əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
15 saat əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
Ən çox oxunanlar
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb




















.jpg)


