Doğranmış maşınları quraşdırıb satıblar
Son vaxtlar ayrı-ayrı şəxslər tərəfindən müxtəlif ölkələrdən avtomobil hissələrinin ölkə ərazisinə gətirilməsi, gömrük sərhədindən keçirildikdən sonra isə yenidən quraşdırılaraq satışa çıxarılması, bununla da gömrük vergi və rüsumlarından yayınma hallarına yol verilməsi halları müşahidə olunur.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "Marja"ya verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsi əməkdaşlarının apardığı araşdırma nəticəsində bu qəbildən bir neçə fakt aşkar edilib.
2016-cı ilin oktyabrından etibarən Almaniyadan Azərbaycan vətəndaşı Qəribov Nizami Novruz oğlu tərəfindən KBD888/KD888 nömrə nişanlı avtomaşınla 8 yerdən ibarət - 5800 kq çəkidə, BA444KU/BA347B nömrə nişanlı avtomaşınla isə 6 yerdən ibarət - 4100 kq çəkidə “Mercedes” markalı avtomobillər üçün qabaq hissələr gətirilib.
Eyni zamanda, ötən ilin dekabrından Bolqarıstandan Kərimov Eldar Qurban oğlunun ünvanına LL414II/AV929V nömrə nişanlı avtomaşınla 6 yerdən ibarət - 1800 kq çəkidə “Mercedes” markalı avtomobilin arxa hissələri, bu ilin yanvar ayında isə Bolqarıstandan Balamedov Nəzir Süleyman oğlunun ünvanına 99XE432 nömrə nişanlı avtomaşınla 1 yerdən ibarət - 400 kq çəkidə “Mercedes” markalı avtomobillərin arxa hissələri göndərilib.
Bundan başqa, 2017-ci yanvarında Almaniyadan Əkbərov Hüseyn Əkrəm oğlunun adına QB941BQ nömrə nişanlı avtomaşınla 4 yerdən ibarət - 600 kq çəkidə “Mercedes” markalı avtomobillər üçün arxa hissələr gətirilib.
Lakin eyni əməllər hüquqi şəxslər tərəfindən də törədilir. 2016-cı ilin noyabrında Birləşmiş Ərəb Əmirliklərindən “Vitol-L Group” MMC-nin ünvanına 99B12310/99B12410 nömrə nişanlı avtomaşınla 4 yerdən ibarət - 1800 kq çəkidə “Mercedes” markalı avtomobillər üçün arxa və qabaq hissələr, həmin ilin dekabrında isə Birləşmiş Ərəb Əmirliklərindən “Truzz” MMC-nin ünvanına 12B28910/12B29010 nömrə nişanlı avtomaşınla 4 yerdən ibarət - 900 kq çəkidə “Mercedes” markalı avtomobillər üçün arxa hissələr gətirilib.
Bu ilin yanvarında isə BƏƏ-dən “Hikan Trade Company” MMC-nin ünvanına 86B65510/86B65610 nömrə nişanlı a/maşınla 1 yerdən ibarət - 150 kq çəkidə “Mercedes” markalı avtomobillər üçün arxa hissələr gətirilib.
Yuxarıda sadalanan bütün hallar Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən gömrük nəzarətinin həyata keçirilməsi zamanı aşkar edilib və gömrük qaydalarının pozulması faktı kimi araşdırmalar aparılması məqsədilə saxlanılıb.
Dövlət Gömrük Komitəsi xarici iqtisadi fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslərin diqqətinə çatdırır ki, gömrük vergi və rüsumlarından yayınmağa hesablanan belə hərəkətlərə qarşı mübarizə tədbirləri davamlı şəkildə həyata keçiriləcək.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 13 saat sonra
-
- 9 saat sonra
-
7 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"
-
8 saat əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
8 saat əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
Ən çox oxunanlar
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb











.jpg)











