“AcessBank” kreditləri artırdığı sahələri açıqlayıb
100 faiz xarici kapitallı bank olan “AcessBank” QSC-nin ticarət, kənd təsərrüfatı və nəqliyyat sektorlarına ayırdığı cəmi kreditlər artıb.
“Marja” Bankın illik hesabatına istinadən xəbər verir ki, ötən il Bank kredit aktivliyini bərpa edərək portfelini artırıb. Belə ki, 2017-ci ilin sonunda kredit portfeli 698 milyon 120 min manat ikən, 2018-ci ilin sonunda 704 milyon 776 min manatayüksəlib (il ərzində 6 milyon 656 min manat artıb).
Kredit portfelinin sektorlar üzrə bölgüsündən məlum olur ki, artım ticarət, kənd təsərrüfatı və nəqliyyat sektorlarına verilən kreditlərin artması hesabına reallaşıb. Belə ki, ticarət sektoruna verilən kreditlər 7 milyon 96 min manat artaraq 296 milyon 505 min manata, kənd təsərrüfatı sektoruna verilən kreditlər 3 milyon 879 min manat artaraq 80 milyon 799 min manata, nəqliyyat sektoruna verilən kreditlər isə 4 milyon 778 min manat artaraq 16 milyon 273 min manata yüksəlib. Bu 3 sektor üzrə verilən kreditlər 15 milyon 753 min manat artıb. Lakin xidmət, istehsal və istehlak kreditlərinin 10 milyon 755 min manat azalması bu artımın bir hissəsini silib.
Xidmət sektoruna ayrılmış kreditlər 4 milyon 235 min manat azalaraq 237 milyon 880 min manata, ev təsərrüfatlarına verilən kreditlər 2 milyon 669 min manat azalaraq 26 milyon 838 min manata, istehsal sektoruna verilən kreditlər isə 3 milyon 851 min manat azalaraq 44 milyon 823 min manata düşüb.
Eyni zamanda, digər sektorlara 1 milyon 658 min manat kredit verilib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
-
12 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
15 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























