Al telefonuna yapışdır, sürətli ödəniş et - AZƏRBAYCANDA BİR İLK
"Bank Respublika" yeni ödəniş məhsulunu təqdim edib.
"Marja"nın məlumatına görə, PayPass Sticker adlanan məhsul sevimli əşyaları ödəniş vasitəsinə çevirməyə imkan verir.
Bankın müştəriyə təqdim etdiyi stkeri telefona, çantaya və.s əşyalara yapışdırmaqla kart daşımaqdan xilas olmaq mümkündür.
PayPass Sticker ticarət və xidmət obyektlərində bir toxunuşla ödəniş imkanı verir.
PayPass Sticker-i "Bank Respublika"nın istənilən MasterCard kartına bağlamaq mümkündür. Bu stikeri almaq üçün bir dəfə "Bank Respublika" filialına yaxınlaşmaq lazımdır.
Təqdimat mərasimində "Bank Respublika" ASC İdarə Heyətinin sədr müavini Elnur Həsənov bildirdi ki, PayPass Stiker bağlı olduğu bank kartının balansından bir saniyəyə ödəniş etmək imkanı verir. Ödəniş üçün PayPass Stiker-in yapışdırıldığı əşyanı supermarketdə, yanacaqdoldurma məntəqəsində və s. obyektlərdə təmassız (contactless) POS terminala yaxınlaşdırmaq kifayətdir.
Çoxlarında, "Məsələn, stikerin yapışdırıldığı telefon itərsə ondan istifadənin qarşısı necə alınacaqdır?" sualı yaranacaqdır. Təqdimat mərasimində bildirildi ki, bir kart itdiyi və oğurlandığı zaman hansı addımlar atılırsa, PayPass Stikerin yapışdırıldığı əşya da itdiyi və oğurlandığı zaman eyni tapşırıqları yerinə yetirmək tələb olunur.
PayPass Stikerdən, 50 manatadək ödənişlərdə şifrəsiz, 50 manatdan yuxarı ödənişlərdə idə şifrəni POS-terminalda yığmaqla istifadə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























