Bakıda parklanma qiymətlərinə yenidən baxılır
Paytaxt Bakıda nəqliyyat şəraitinin yaxşılaşdırılması, sıxlığın azaldılması, eləcə də parklanmanın düzgün idarə edilməsi istiqamətində işlər sürətləndirilir.
Bu məqsədlə Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən əvvəllər təşkil edilmiş yüzlərlə parklanma yerini təhvil alıb.
Agentliyin sektor müdiri Mais Ağayev deyib ki, hazırda parklanma yerləri mütəxəssislər tərəfindən təhlil edilir. Təhlillərdən sonra nəqliyyatın hərəkətinə maneə yaradan parklanma yerləri ləğv ediləcək.
Bundan əlavə, parklanma yerləri ilə bağlı müxtəlif yeniliklər tətbiq ediləcək. Parkinq tariflərinə yenidən baxılacaq. Tariflər zonalar üzrə müəyyən olunacaq və qiymətlərin qüvvədə olma vaxtları da müəyyənləşəcək.
Sürücülər bildirirlər ki, hazırda paytaxtda olan parkinq yerlərinin bəziləri sıxlıq yaradır. Səbəb də onların düzgün yerdə təşkil edilməməsidir.
Bakı Nəqliyyat Agentliyinin hökumətə təqdim etdiyi təkliflər qəbul ediləcəyi təqdirdə hansı effekt verəcəyi maraqla gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























