Kapital Bank 2019-un 1-ci yarısının nəticələrini elan edib
Kapital Bank-ın aktivləri 1 iyul 2019-cu il tarixinə 3,6 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 1,6 milyard manat olub. Bu barədə Bankın yaydığı press-relizdə bildirilir.
Press-relizdə qeyd edilib ki, Bankda müştəri depozitlərinin həcmi 1 iyul 2019-cu il tarixinə 2,8 milyard manat olub.
Bankın 1 iyul 2019-cu il tarixinə tutulmalardan sonra məcmu kapitalı 327,6 milyon manat, adi və imtiyazlı səhmlər isə 225,8 milyon manat təşkil edir.
Kapital Bank 2019-cu ilin birinci yarısını 73 milyon 192 min manat xalis mənfəətlə başa vurub.
Qeyd edək ki, Kapital Bank Moody's və Standard & Poor's beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 18 saat əvvəl
-
- 18 saat əvvəl
-
18 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
21 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























