TIR-ların daşınmasında böyük artım
Bu ilin I yarısında Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı Limanında ümumi yük, vaqon, TIR və konteyner aşırmaları, eyni zamanda sərnişin daşınması üzrə müsbət göstəricilər qeydə alınıb.
Bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, artımı şərtləndirən amillər “Bir Kəmər, Bir Yol” və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Azərbaycandan keçən yük həcminin çoxalması, eyni zamanda Orta Asiyadan kimyəvi məhsulların (karbamid, polipropilen, polietilen və sair) ixracının və Qara Dəniz və Avropa ölkələrindən Orta Asiya istiqamətinə daşınan sənaye və qida məhsullarının artması olub.
Əsas artım iri həcmli nəqliyyat vasitələrinin (TIR-ların) daşınmasında qeydə alınıb. Belə ki, TIR-ların sayı keçən ilin müvafiq dövrünə nisbətən 57,8% artaraq 15 009 ədəd olub. Bunlardan 11 372 ədədi (75,8%) Bakı-Türkmənbaşı-Bakı, 3 637 ədədi isə (24,2%) Bakı-Kurık-Bakı istiqamətində hərəkət edib.
Konteynerlərin aşırılmasında keçən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-iyun ayları ərzində 14 886 ədəd konteyner (TEU ekvivalentində) aşırılıb ki, bu da 37,7% artım deməkdir.
Bərə terminalında aşırılan vaqonların sayı 15,4% artaraq 25 344 (keçən ilin müvafiq dövründə 21 960 vaqon) ədədə çatıb. Bunlardan 11 636 vaqon (45,9%) Bakı-Kurik-Bakı istiqamətində, 13 708 (54,1%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib.
Sərnişin daşınmasında hər iki istiqamətdə keçən ilin müvafiq dövrü ilə müqayisədə 0,1% artım qeydə alınıb və 19 984 nəfər təşkil edib. Ümumi yükaşırmanın həcmi 2018-ci ilin müvafiq dövrünə (1 960,4 min ton) nisbətdə 1,1% artaraq 1 981,3 min ton olub. Yükaşırmanın 85,4%-i (1 692,4 min ton) tranzit yükaşırmanın payına düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 7 saat sonra
-
-
8 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















