Alkalin və xlor istehsal edəcək zavod tikiləcək
"Biss Chemical" şirkətinin və "AGC"-nin Avropa üzrə ticarət mərkəzinin nümayəndələri Sumqayıt Kimya Sənaye Parkında olublar.
"Marja"nın Parkın yaydığı məlumata istinadən xəbərinə görə, qarşı tərəfdən bildirilib ki, parka səfər etmələrinin məqsədi gələcəkdə parkın ərazisində alkalin və xlor istehsal edəcək zavod tikmək niyyətindədirlər. Sözügedən zavodun təsisçisi "Biss Chemical" şirkəti olacaq. Müəssisənin qurulması işləri "AGC" şirkəti tərəfindən həyata keçiriləcək.
Daha sonra qarşılıqlı maraq doğuran məsələr müzakirə olunub və qarşı tərəfdən ünvanlanan suallar cavablandırılıb.
Məlumat üçün bildiriə ki, "Biss Chemical" şirkətinin ünvanı Sumqayıt Kimya Sənaye Parkı göstərilir. Lakin bu şirkətin adı rezidentlər siyahısında yoxdur.
Azərbaycanda sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 7 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, istehsal məqsədi ilə idxal etdikləri texnikanın və texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar. Bundan başqa, sənaye parklarında dövlət vəsaitləri hesabına müasir infrastruktur yaradılır, sahibkarların vəsaitlərini investisiya qoyuluşuna yönəltmələri stimullaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
4 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















