SOCAR birjada hərraclardan uzaqlaşdırılıb
“SOCAR Ukraine" Ticarət Evi MMC-nin Ukrayna Enerji Birjasının (UEB) daimi üzvü kimi mütəmadi olaraq elektron hərraclarda iştirak etməkdə məqsədi kommersiya ehtiyaclarını ödəmək üçün hər hansı ehtiyatı satın almaqdır.
“SOCAR Ukraine”dən verilən məlumata görə, şirkət avqustun 13-də UEB-da keçirilən elektron təbii qaz hərracında ilk dəfə iştirak edib. Hərracda 50 min kubmetrlik lotlar satışa çıxarılıb.
“Fəaliyyəti dövründə “SOCAR Ukraine" Ticarət Evinin Ukrayna qanunlarını heç vaxt pozmadığını, sözügedən hərrac zamanı da UEB qaydalarına ciddi əməl etdiyini vurğulamaq istəyirik. Qaydalara görə, hərracı qazanmaq üçün satınalma qiymətini minimum dərəcədə qaldırmaq olar. İlkin olaraq saat 16:00-da başa çatdırılacaq hərrac müəmmalı səbəblərdən üç dəfə yarım saatlıq uzadılıb",- şirkətdən bildirilib.
Həmçinin elektron hərraclardan müvəqqəti uzaqlaşdırıldıqları və cərimə tətbiqinin əsassız olduğu qeyd edilib: “Biz “Mərkəzi qaz təchizatı şirkəti” MMC ilə hər hansı kommersiya və ya işgüzar əlaqədə olmadığımızı tam məsuliyyətlə bildiririk”.
“SOCAR Ukraine" Ticarət Evi UEB ilə aralarındakı bu mübahisəli məsələnin müvafiq şəkildə müsbət həllinə nail olmaq niyyətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
9 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















