"ABŞ-ın yeni vergiləri Çin iqtisadiyyatının dayanıqlılığını test edəcək"

ABŞ-ın Çin mallarına tətbiq etdiyi yeni əlavə tarifələr (vergi) Asiyanın iqtisadi nəhəngi Çinə daha bir zərbə vura bilər.
"Marja" xəbər verir ki, qlobal investisiya bankı "JP Morgan"ın iqtisadçılarına görə, ABŞ tarifləri ilə Çin iqtisadiyyatını test etdiyini (yoxladığını) və Pekin iqtisadiyyatının daha nə qədər dözə biləcəyinin isə müəyyən olmadığını söyləyib.
"JP Morgan"ın Qlobal İqtisadi Araşdırmalar üzrə Baş iqtisadçısı Bruce Kasmana götə, Vaşinqton və Pekin arasında ticarət müharibəsinin başladığı vaxtdan bu yana (təxminən 1 ildir), çinli rəsmilər yüksək ABŞ vergilərinin yartdığı iqtisadi ziyanın təsirlərini azaltmaq üçün həm pul, həm maliyyə siyasətlərini istifadə ediblər. Bu tədbirlər müəyyən vəziyyətlərdə işə də yarıyıb.
ABŞ Prezidenti Donald Tramp bu ayın əvvəlində 1 Sentyabrdan etibarən 300 milyard dollarlıq Çin mallarına əlavə 10% vergi tətbiq edəcəyini açıqlamışdır. Ancaq, ABŞ Ticarət Nümayəndəliyi Ofisi daha sonra bəzi malları tarif tətbiq olunacaqlar siyahısından çıxardıqlarını və bəzi məhsullara da yeni tərif tətbiq olunmasının 15 Sentyabra təxirə salındığını açıqlamışdı.
İqtisadçılar, ABŞ - Çin arasındakı ticarət gərginliyinin artması ilə Çin və Avropa iqtisadiyyatlarında yaşanan yavaşlamanın qlobal iqtisadi artım qarşısında ən böyük risk olduğunu qeyd edirlər. Kasman-a görə, dünya iqtisadiyyatında yaşanan bu stresslər ABŞ-a sıçraya və 40% ehtimalla qarşıdakı 6-9 ay ərzində durğunluq başlaya bilər.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 8 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
16 d. əvvəl
OpenAI-nin gəlirləri ilin ilk yarısında 16% artaraq 4,3 milyard dollara çatıb
- 30 d. əvvəl
- 57 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Sumqayıtda yığılan ilk elektrik avtobusu “BakuBus”a təqdim olunub
-
1 saat əvvəl
"Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Qızılın qiymətində yeni rekord – ABŞ hökumətinin bağlanması və faiz endirim gözləntiləri bazarları hərəkətə gətirib

Rəsmi məzənnələr açıqlandı

"Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir

ABB SIBOS 2025 beynəlxalq konfransında!
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI

ABŞ-ın qızıl ehtiyatları 1 trilyon dolları aşıb

Bank sektorunda çalışanların sayı artmaqda davam edir

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20% artıb

"Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar” - "Lombard Xəyal"ın məhkəməsi
