Azərbaycan ərəb ölkələrinə bal ixracı ilə bağlı danışıqlar aparır
“Azərbaycan bal istehsalçıları hazırda ərəb ölkələrinə bal ixracı ilə bağlı danışıqlar aparır”.
Bunu Azərbaycan Arıçılar Assosiasiyanın sədri Bədrəddin Həsrətov bildirib.
Onun sözlərinə görə, BƏƏ-nin Dubay şəhəri və İordaniya ilə bir neçə şirkət əlaqə yaradıb: “Dubaya az miqdarda sınaq üçün nümunələr göndərilib. İordaniya ilə danışıqlar aparılır və onlar artıq 50 tona yaxın balın alınmasına dair istəklərini bildiriblər”.
B.Həsrətov bu ilki istehsal həcmlərə toxunaraq diqqətə çatdırıb ki, bu il arıçılıqda bol məhsuldarlıq əldə edilib: “Bu il Azərbaycanda 6 min ton bal istehsal edilib. Ən yüksək göstərici Şəki-Zaqatala bölgəsinə aiddir. Amma ümumiyyətlə bütün bölgələr üzrə göstərici yaxşıdır. Arıçıllığın inkişafına subsidiyaların verilməsi və ümumiyyətlə dövlətin bu sahəyə diqqəti müsbət təsir edib. Bu, arıçılıqda stimul yaradır, arı ailələrin sayı isə sürətlə artmağa başlayıb”.
Assosiasiya sədri bildirib, ki cins tərkibini yaxşılaşdırmaq üçün arılarda xeyli iş aparılır.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 saat əvvəl
-
6 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
14 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)







.jpg)






