Mərkəzi Bank bu bankları mükafatlandırıb - Qalib banklar

Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkədə qabaqcıl texnologiyalara və proqram təminatlarına əsaslanan Milli Ödəniş Sisteminin yaradılması, beynəlxalq təcrübənin elektron ödəniş mühitində tətbiqinin genişləndirilməsi, iqtisadiyyatda nağdsız ödənişlərin xüsusi çəkisinin artırılması üzrə aidiyyatı hökumət orqanları və bank sektorunun aktiv iştirakı ilə müxtəlif layihələr və davamlı tədbirlər həyata keçirir.
Mərkəzi Bankdan "Marja"ya daxil olmuş məlumatda deyilir ki, həyata keçirilən bu layihələr çərçivəsində ödəniş infrastrukturunun əhatə dairəsinin innovativ ödəniş həlləri hesabına daha da genişləndirilməsi, bank sistemində elektron bankçılıq göstəricilərinin yüksəldilməsi, habelə bankların fəaliyyətinin stimullaşdırılması və təşviqi daim diqqət mərkəzində saxlanılır.
2013-cü ildən başlayaraq Mərkəzi Bank illik əsasda maliyyə vasitəçiliyində innovasiyaların tətbiqinin genişləndirilməsi və ölkədə nağdsız hesablaşmaların həcminin artırılması istiqamətində bankların fəaliyyətinin qiymətləndirilməsi və fərqlənmiş bankların mükafatlandırılması üçün nominasiya müsabiqəsi təşkil edir.
Nominasiya müsabiqəsi üzrə qalib bankların müəyyən edilməsi üçün Mərkəzi Bankın, Azərbaycan Banklar Assosiasiyasının və xidmət mərkəzləri olan “AzeriCard” MMC və “MilliKart” MMC-nin nümayəndələrindən ibarət Münsiflər Heyəti formalaşdırılmışdır. Münsiflər Heyəti tərəfindən qaliblər banklar tərəfindən aylıq əsasda Mərkəzi Banka təqdim olunan statistik hesabatlılıq əsasında müəyyən edilir.
2016-cı ildə Mərkəzi Bank tərəfindən 5 nominasiya üzrə müsabiqə elan olunmuşdur. Azərbaycan Banklar Assosiasiyası ilə birgə təşkil edilən tədbirdə elan edilmiş nominasiyalar üzrə aşağıdakı qalib banklar mükafatlandırılmışdır:
“Nağdsız ödənişlər üzrə lider bank” nominasiyası üzrə:
I yer “Bank of Baku” ASC;
II yer “Bank Respublika” ASC;
III yer “Accessbank” ASC.
“Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyası üzrə:
I yer “Bank Respublika” ASC;
II yer “Turanbank” ASC;
III yer “Accessbank” ASC.
“Elektron ticarətin inkişafında lider bank” nominasiyası üzrə:
I yer “Unibank” ASC;
II yer “Bank of Baku” ASC;
III yer “Azərbaycan Beynəlxalq Bankı” ASC.
“Təmassız ödəniş kartları üzrə lider bank”:
I yer “Dəmirbank” ASC;
II yer “Unibank” ASC;
III yer “Atabank” ASC.
“Təmassız POS-terminal infrastrukturu üzrə lider bank”:
I yer “Dəmirbank” ASC;
II yer “Unibank” ASC;
III yer “Azərbaycan Beynəlxalq Bankı” ASC.
Elan edilmiş nominasiyalar üzrə qalib banklarla yanaşı əldə olunan göstəricilərə görə fərqlənərək ilk 5-likdə olan banklara isə təşəkkür məktubu təqdim edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş bir sıra strateji yol xəritələrinin icrası çərçivəsində rəqəmsallaşmış bank sisteminin formalaşdırılması, rəqəmsal ödənişlərin genişləndirilməsi, nağdsız qaydada aparılan kart əməliyyatlarının xüsusi çəkisinin artırılması üzrə qarşıya qoyulan hədəflərin uğurla icrası çərçivəsində Mərkəzi Bank bankların bu istiqamətdə fəaliyyətinin stimullaşdırılması məqsədilə Azərbaycan Banklar Assosiasiyası ilə birgə 2017-ci ildə də nominasiya müsabiqələrini davam etdirəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 7 saat sonra
- 6 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
6 saat əvvəl
Azərbaycanda "MAN" elektrik avtobuslarının yığılmasına 2026-cı ildə başlanacaq
-
7 saat əvvəl
Əlaçılar və onların müəllimləri Azərbaycan şirkətindən hədiyyələr qazanacaqlar
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"
-
9 saat əvvəl
Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
-
10 saat əvvəl
“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb
-
10 saat əvvəl
Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

38,5 milyon manat Lənkəranın kanalizasiyası üçün getdi

Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"

Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
Ən çox oxunanlar

“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb

Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq

Sentyabrın 25-də gözlənilən hava şəraiti

Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
