Azərbaycanda 5 bankın mənfəət vergisi ödəmələri artıb
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5-nin bu ilin yanvar-iyun aylarında ödədiyi mənfəət vergisi ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.
Bunlar "Premium Bank", "Xalq Bank", "Azərbaycan Sənaye Bankı", "Yapı Kredi Bank Azərbaycan" və "Kapital Bank"dır. Ən yüksək dinamika "Premium Bank"da (2,8 dəfə), ən aşağı dinamika isə "Kapital Bank"da (75,1%) qeydə alınıb.
2 bankın - "Zıraat Bank Azərbaycan" və "Azərbaycan Beynəlxalq Bankı"nın isə mənfəət vergisi ödəmələri azalıb. Müvafiq olaraq 81,9% və 100%.
2 bank - "Bank of Baku" və "Unibank" bu ilin I yarısında mənfəət vergisi ödəsə də, ötən ilin eyni dövründə ödəməyib. Odur ki, bu bankların mənfəət vergisi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb.
2 bank - İran Milli Bankının Bakı filialı və "PAŞA Bank" isə bu ilin yanvar-iyun aylarında mənfəət vergisi ödəmələrinə qənaət edib, ötən ilin eyni dövründə isə etməyib (sonuncu vergi ödəyib). Odur ki, bu bankların mənfəət vergisi ödəmələri üzrə qənaətinin dinamikasını hesablamaq mümkün olmayıb.
Qalan 19 bankın isə son 1 ildə mənfəət vergisi üzrə ödəmələri və yaxud qənaəti qeydə alınmayıb. Odur ki, həmin bankların da maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.
8 bank mənfəət vergisini vaxtından əvvəl ödəyib
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 8-i mənfəət vergisi ödəmək üçün ilin sonunu gözləməyib.
Bunlar "Kapital Bank", "Bank of Baku", "Xalq Bank", "Azərbaycan Sənaye Bankı", "Yapı Kredi Bank Azərbaycan", "Premium Bank", "Zıraat Bank Azərbaycan" və "Unibank"dır. Adları çəkilən banklar bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinə ümumilikdə 34,79 milyon manat mənfəət vergisi ödəyiblər. Bu baxımdan ən yüksək göstərici "Kapital Bank"da (19,667 milyon manat), ən aşağı göstərici isə "Unibank"da (35 min manat) qeydə alınıb.
2 bank - İran Mili Bankının Bakı filialı və "PAŞA Bank" mənfəət vergisi ödəmələrinə müvafiq olaraq 2 min manat və 335 min manat qənaət edib.
Qalan 20 bank isə bu məsələni ilin sonuna saxlayıb. Bunlardan 6-sı I yarımili zərərlə başa vurmuş Pakistan Milli Bankının Bakı filialı, "AGBank", "Amrah Bank", "Muğan Bank", İran Milli Bankının Bakı filialı və "Access Bank"dır ki, onların mənfəət vergisi ödəməməsi təbiidir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© "Renkinq"
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz


























