7 ayda bankların müştərilərinin sayı 1 milyondan çox artıb
2019-cu ilin İyun ayı ilə müqayisədə İyul ayında bank müştərilərinin sayı 85 min 96 şəxs artaraq 31 İyul tarixində 7 milyon 515 min 910 şəxsə çatıb.
“Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, ötən ilin sonu ilə müqayisədə (7 ayda) bank müştərilərinin sayı 1 milyon 180 min 505 şəxs artıb.
Bank müştərilərinin 98,5%-i və ya 7 milyon 399 min 742-si fiziki (ondan: 304 min 988-i sahibkarlıqla məşğul olanlar), 1,5%i və ya 116 min 168 mini hüquqi şəxslərdir.
Fiziki şəxs müştərilərin sayı iyul ayında 84 min 13, cari ilin 7 ayı ərzində isə 1 milyon 165 min 877 şəxs artıb. O cümlədən, sahibkarlıqla məşğul olan müştərilərin sayı iyul ayında 3 min 876 şəxs, cari ilin 7 ayı ərzində isə 40 min 617 şəxs artıb.
Hüquqi şəxs müştərilərin sayı iyul ayında 1 min 83 şəxs, cari ilin 7 ayı ərzində isə 14 min 628 şəxs artıb.
31 İyul 2019-cu il tarixində müştəri hesablarının sayı 18 milyon 32 min 951 olub. Cari ilin 7 ayı ərzində müştəri hesablarının sayı 540 min 169 artıb.
18 milyon 32 min 951 hesabın 15 milyon 34 min 305-i cari, 2 milyon 648 min 725-i kredit, 349 min 921-i depozit hesabları olub.
Kredit hesabları İyun ayı ilə müqayisədə İyul ayında 30 min 980, ötən ilin sonu ilə müqayisədə isə (7 ay ərzində) 21 min 569 artıb.Kredit hesabları Mart ayınadək azaldıqdan sonar artır. Aprel-İyul dövründə kredit hesablarının sayı 118 min 956 artıb.
Cari hesabların 14 milyon 786 min 964-ü fiziki şəxslərə (o cümlədən 335 min 727-si fərdi sahibkarlara), 247 min 341-i hüquqi şəxslərə məxsus olub.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
6 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























