"Bank of Baku" aktivlərindən ən yaxşı istifadə edən bankdır
Azərbaycanda fəaliyyət göstərən 30 bank bu ilin I yarısını 433,4 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il iyulun 1-nə malik olduqları 29 milyard 980,1 min manat məbləğində aktivlərin 1,45%-i qədərdir.
Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, yanvar-iyun aylarından mənfəətlə çıxmış 24 bank arasında aktivlərindən ən yaxşı istifadə edəni "Bank of Baku" ASC olub. Bu bankın əldə etdiyi mənfəət aktivlərinin 11,1%-ni təşkil edib. Baxmayaraq ki, "Bank of Baku" aktivlərinin məbləğinə görə ölkədə 22-cidir.
Fəaliyyət effektivliyinə görə, 2-ci yeri "Unibank" ASC tutub. Bu bank ötən yarım ildə aktivlərinin 7,8%-i qədər mənfəət əldə edib. Bu arada, "Unibank" aktivlərinin məbləğinə görə, 30 bank arasında 8-ci yerdə qərarlaşıb.
Mənfəətinin aktivlərinə nisbətinə görə 3-cü yerə isə 3,5%-lik göstərici ilə "Azərbaycan Beynəlxalq Bankı" ASC sahib olub. Baxmayaraq ki, bu bank aktivlərinin məbləğinə görə, ölkədə liderdir.
Mənfəətlə işləyən qalan 21 bankda isə sözügedən göstərici 0-3,3% arasında dəyişir.
Hesabat dövründə aktivlərindən ən pis istifadə edən bank isə İran Milli Bankının Bakı filialı olub. Bu maliyyə qurumu aktivlərinin 17,4%-i qədər zərərlə üzləşib.
№ | Bankın adı | Bankın yarım illik mənfəətinin /zərərinin aktivlərinə nisbəti |
1 | Bank of Baku | 11,1% |
2 | Unibank | 7,8% |
3 | Azərbaycan Beynəlxalq Bankı | 3,5% |
4 | Bank VTB Azərbaycan | 3,3% |
5 | Kapital Bank | 2,0% |
6 | Bank Avrasiya | 1,3% |
7 | Premium Bank | 1,2% |
8 | PAŞA Bank | 1,2% |
9 | Bank Respublika | 1,1% |
10 | Naxçıvan Bank | 1,0% |
11 | Zıraat Bank Azərbaycan | 0,9% |
12 | Express Bank | 0,9% |
13 | Yapı Kredi Bank Azərbaycan | 0,8% |
14 | Rabitəbank | 0,8% |
15 | Xalq Bank | 0,7% |
16 | Nikoyl Bank | 0,6% |
17 | Azərbaycan Sənaye Bankı | 0,6% |
18 | AFB Bank | 0,4% |
19 | Günay Bank | 0,3% |
20 | Bank BTB | 0,3% |
21 | Azər-Türk Bank | 0,2% |
22 | NBC Bank | 0,1% |
23 | Turan Bank | 0,0% |
24 | Atabank | 0,0% |
25 | AGBank | -0,2% |
26 | Muğan Bank | -1,7% |
27 | Pakistan Milli Bankı - Bakı | -2,4% |
28 | Amrah Bank | -2,6% |
29 | Access Bank | -10,7% |
30 | İran Milli Bankı - Bakı | -17,4% |
| Orta hesabla | 1,5% |
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© "Renkinq"
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























