Kapital Bank növbəti yenilənən filialını istifadəyə verdi
Kapital Bank "Nəsimi" filialını yeniləyib.
Bankın yaydığı məlumatda bildirilir ki,yeni konsepsiya əsasında təqdim edilən "Nəsimi" filialı, Bakı şəhəri, İmran Qasımov küçəsi 4 ünvanında fəaliyyət göstərir.
Artıq fiziki, hüquqi şəxs və fərdi sahibkar müştərilər onlar üçün hazırlanan xüsusi xidmət sahələrində bank xidmətlərindən daha rahat istifadə edə bilərlər.
Kapital Bank-ın yeni konsepsiyası əsasında təqdim edilən "Nəsimi" filialı, eyni zamanda həm fiziki, həm hüquqi şəxs, həm də fərdi sahibkar müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, valyuta mübadiləsi, əmək haqqı layihələri, əmanətlər, biznes və sahibkar kartları, POS ilə inteqrasiya olunan Smart kassaların quraşdırılması kimi xidmətlərlə yanaşı, maliyyə əlçatanlığının asanlaşdırılması məqsədilə overdraft, faktorinq, qarantiyalar, akkreditivlər və bir sıra digər məhsullar təqdim ediləcək. Burada xidmət saatlarından əlavə qeyri-iş saatlarında da bir sıra bank əməliyyatlarının həyata keçiriıməsi mümkün olacaq. Belə ki, ödəmə terminalları və ATM-lər vasitəsi ilə müştərilər fərdi şəkildə pul köçürmələri, büdcə, kommunal və digər xidmətlərin ödənişlərini həyata keçirə, nağd pul əldə edə bilərlər.
Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn standartlarını tətbiq edib və bu proses hazırda davam etməkdədir. Bundan əlavə cari il ərzində Bakı, region və Naxçıvan MR əraziləri üzrə 5 filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 4 yeni struktur bölmə (şöbə və filiallar) istifadəyə verilib. Eyni zamanda transformasiya layihəsinin davamı olaraq cari ildə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























