Azərbaycanda 7 minə yaxın gənc proqramçı olmaq istəyir
® Azərbaycan Beynəlxalq Bankının yaratdığı IBA Tech Akademiyasına qəbul üçün indiyə qədər 7 minə yaxın namizəd ərizə göndərib.
Namizədlərin 30%-dən çoxu ilkin test mərhələsində yüksək bal toplayaraq seçim prosesinin növbəti mərhələsinə keçib. IBA Tech Akademiyasında təhsil arzusunda olan şəxslərin əksəriyyəti gənclərdir. Belə ki, namizədlərin orta yaş həddi 24 yaş təşkil edir. Akademiyada təhsil almaq üçün müraciət etmiş namizədlərin 21%-i xanımlardır. Namizədlər sırasında ölkəmizdəki müxtəlif ali məktəblərdə texniki ixtisaslar üzrə təhsil alan tələbələr və universitet məzunları üstünlük təşkil edir.
Ərizə qəbulu sentyabrın 30-a qədər davam edəcək. 18 yaşı tamamlanmış, proqramçı olmaq istəyən şəxslər bu müddətə qədər Akademiyanın internet səhifəsi üzərindən onlayn ərizə göndərə bilərlər: www.ibatech.az
Tələbələrin IBA Tech Akademiyasının fəaliyyəti barədə ətraflı məlumatlandırılmasından ötrü Azərbaycan Dövlət İqtisad Universitetində, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında, ADA Universitetində, Bakı Mühəndislik Universitetində, görüşlər keçirilib. Azərbaycan Beynəlxalq Bankının və Akademiyanın fəaliyyətində Banka metodoloji dəstək verəcək İsrail-Ukrayna şirkəti – “DAN.IT” təhsil mərkəzinin nümayəndələri tələbələrə qəbul qaydaları, gələcək təlimlərin təşkili formaları barədə ətraflı məlumat verərək onların suallarını cavablandırıblar. Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qruplarında da bu cür görüşlərin keçirilməsi nəzərdə tutulub.
Azərbaycan Beynəlxalq Bankı belə bir Akademiyanı Korporativ Sosial Məsuliyyət layihəsində yaradıb. Burada məqsəd ölkəmizin əmək bazarındakı ehtiyacları nəzərə alaraq peşəkar IT mütəxəssislərinin hazırlanmasına dəstək olmaqdır. Ölkəmizin biznes mühitində ilk dəfə reallaşdırılan bu sosial layihə çərçivəsində Akademiyada təhsil ödənişsiz olacaq.
IBA Tech Akademiyasında təşkil olunan ilk intensiv bootcamp proqramlarında iştirak üçün müraciət edənlər arasından 2 istiqamət üzrə 100 tələbə seçiləcək. Namizədlər onlayn ərizə göndərdikdən sonra seçim 4 mərhələ üzrə aparılır: qeydiyyat, texniki test, məntiq testi və fərdi müsahibə. Təlimlərsə oktyabrın 10-dan Bakıda keçiriləcək və hər bir istiqamət üzrə 2,5 ay davam edəcək. IBA Tech Akademiyası Bakı şəhəri, Neftçi Qurban küçəsi - 29 ünvanında yerləşən müasir biznes mərkəzində fəaliyyət göstərəcək. Təlimləri beynəlxalq təcrübəli mütəxəssislər İsrailin məşhur TELEM metodikası əsasında aparacaqlar. IBA Tech Akademiyasında təhsil tələbələrə ixtisas bilikləri qazandırmaqla yanaşı, onların fərdi inkişafına, özlərini və layihələrini təqdim etmək bacarıqlarını təkmilləşdirmələrinə faydalı olacaq. Kurs müddətində xüsusi fərqlənən məzunların işlə təminatına kömək göstəriləcək.
IBA Tech Akademiyasının yeni sosial proqramlarına da qəbul planlaşdırılır, bu barədə yaxın vaxtlarda ətraflı məlumat veriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
10 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
16 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş



























