Azərbaycanın iqtisadi inkişafında yeni qələbə

Respublikamızın münbit torpaq şəraitinə görə seçilən şimal zonasında – Xaçmaz rayonu ərazisində 500 hektarlıq sahədə aqrosənaye parkının yaradılması nəzərdə tutupub. Bir neçə fazadan ibarət olacaq bu parkın ilkin fazasına Çinin dünyaca məşhur YTO traktor istehsalı zavodu və “Xinjiang Rising Sun Tomato” – tomat istehsalı şirkəti cəlb olunub.
2015-ci ildən etibarən dünyada neft qiymətlərinin aşağı düşməsi və dəyişən makroiqtisadi amillər iqtisadi islahatların keyfiyyətcə yeni mərhələyə yüksəlməsini vacib etdi və ölkə başçısı, cənab prezident İlham Əliyevin postneft dövrü kimi xarakterizə etdiyi bu dövrdə aparılan islahatlar daha müntəzəm və sistemli xarakter almağa başladı. Bu zaman qarşıya qoyulan əsas vəzifə qeyri-neft sektorundakı mövcud potensialın hərəkətə gətirilməsi, bu sahədə dinamik inkişafın təmin edilməsi üçün yeni iqtisadi islahatların həyata keçirilməsi idi.
Təsadüfi deyil ki, ölkəmizin davamlı inkişafının təmin olunmasında Prezident İlham Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi sosial-iqtisadi siyasət, o cümlədən bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsi həlledici rol oynayır. Həmçinin nəzərdə tutulmuş proqramların, investisiya layihələrinin uğurla icrası davam etdirilir. Şübhəsiz ki, bütün bunlar dünya ölkələrinin Azərbaycana olan marağının daha da artmasına səbəb olur.
Elə məhz sentyabrın 19-da Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşunun Azərbaycana səfəri, bu səfər çərçivəsində prezident İlham Əliyevlə görüş, iqtisadi, siyasi və mədəni sferada ikitərəfli əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi yollarının müzakirəsi də yeni uğurlu layihələrin başlanğıcı sayıla bilər. Danışıqlarda tərəflər daha çox iki ölkə arasında qarşılıqlı mal dövriyyəsinin artırılması, Azərbaycanın energetika, nəqliyyat və turizm sahələrinə çin investisiyasının cəlb olunması məsələlərinə diqqət yetiriblər.
Eyni zamanda səfər çərçivəsində Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayevin “SINOMACH Group”un marketinq direktoru, “China CAMC Engineering” şirkətinin prezidenti Luo Yanın başçılıq etdiyi nümayəndə heyəti ilə də görüşü ölkəmizin Çin və Azərbaycan əlaqələrində iqtisadi inkişafı üçün yeni bir era sayıla bilər. Görüş çərçivəsində qarşılıqlı investisiyaları cəlb etməklə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və qablaşdırılması, kənd təsərrüfatı təyinatlı maşın və avadanlıqların istehsalı, logistika və digər xidmət sahələri üzrə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə “China CAMC Engineering” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu, Çin-Azərbaycan Aqrar-Sənaye Parkının yaradılması barədə "Azərbaycan İnvestisiya Şirkəti" ASC ilə “China CAMC Engineering” şirkəti arasında Anlaşma Memorandumu, Azərbaycanın "Fresh Logistics” şirkəti və “China CAMC Engineering” şirkəti arasında mühəndislik, inşaat və təchizat müqaviləsi, imzalanıb. Bu müqavilələrin imzalanması eyni zamanda Azərbaycandakı əlverişli investisiya mühitinin və biznesə yüksək dövlət dəstəyinin göstəricisi kimi də qiymətləndirilə bilər.
Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynayacaq, "Azərbaycan İnvestisiya Şirkəti" ASC ilə “China CAMC Engineering” şirkəti arasındakı Anlaşma Memorandumuna əsasən yaradılacaq Çin-Azərbaycan Aqrar-Sənaye Parkının başlıca məqsədi qarşılıqlı investisiyalar cəlb etməklə zəruri infrastrukturun, maddi-teniki bazanın yaradılması yolu ilə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və qablaşdırılmasının həyata keçirilməsidir. Eləcə də, bu layihə çərçivəsində kənd təsərrüffatı təyinatlı maşın və avadanlıqların istehsalı, əlaqəli logistika və digər xidmət sahələrində sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və bu sahədə fəaliyyətin səmərəli həyata keçirilməsi üçün müxtəlif xidmətlərin göstərilməsi də nəzərdə tutulub.
Ölkəmizin Çin Xalq Respublikası ilə iqtisadi əlaqələrinin uğurlu nəticəsi kimi Azərbaycanın "Fresh Logistics” şirkəti və “China CAMC Engineering” şirkəti arasında imzalanan mühəndislik, inşaat və təchizat müqaviləsini də qeyd etmək lazımdır. Məhz bu müqavilə çərçivəsində respublikamızın münbit torpaq şəraitinə görə seçilən şimal zonasında – Xaçmaz rayonu ərazisində 500 hektarlıq sahədə Aqrosənaye parkının yaradılması nəzərdə tutupub. Bir neçə fazadan ibarət olacaq bu parkın ilkin fazasına Çinin dünyaca məşhur YTO traktor istehsalı zavodu və “Xinjiang Rising Sun Tomato” – tomat istehsalı şirkəti cəlb olunub. Əslində Aqrosənaye parkının şimal zonasında yaradılması həm də, coğrafi əhəmiyyət daşıyır. İstehsal olunan kənd-təsərrüffatı məhsullarının yaxın Rusiya bazarına ixrac edilməsi və ölkəyə xarici valyuta axının təmin edilməsi başlıca məqsədlərdəndir.
Fresh Logistics” şirkəti və “China CAMC Engineering” şirkəti arasında imzalanan mühəndislik, inşaat və təchizat müqaviləsi çərçivəsində Foton markalı 100 ədəd soyuducu maşınların alınması da planlaşdırılır. Bu isə ölkəyə gələn qida və dərman məhsullarının sağlam şəkildə daşınmasını, onların istehlakçıya sağlam şəkildə çatdırılmasını təmin edəcək.
Ümumilikdə isə cənab nazir Şahin Mustafayevin də qeyd etdiyi kimi Çinin Azərbaycana investisiya həcminin yüzlərlə milyon dollar məbləğində olması planlaşdırılır. Bu isə ölkəmizdə minlərlə yeni iş yerlərinin açılması və iqtisadi rifahın daha da yüksəlməsi deməkdir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi

Baku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 20 saat sonra
-
17 d. əvvəl
Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
-
-
21 d. əvvəl
“Unibank”da bizneslər üçün alternativ maliyyələşmə imkanları müzakirə edilib
- 34 d. əvvəl
-
1 saat əvvəl
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Xalq Bank internet və mobil bankçılıq sistemində investisiya xidmətini istifadəyə verdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Tether 20 milyard dollar sərmayə axtarır – Dəyəri 500 milyard dollara çata bilər
- 3 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır

Rasional liderlik, ənənəvi liderlik, xarizmatik liderlik

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi

Baku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət
Ən çox oxunanlar

Azərbaycan neftinin son qiyməti

Mercedes modellərinin satışı zəifləyib - YENİ İŞÇİ İXTİSARI

Azərbaycan Prezidenti Finlandiya Prezidenti ilə görüşüb

Rəsmi məzənnələr açıqlandı

Nvidia-dan süni intellektə 100 milyard dollarlıq yatırım

Neft, Trampın Rusiya açıqlaması ilə bahalaşdı

Mastercard Insights: İdmanı turizmin katalizatoru kimi
