Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolunun nə vaxt istifadəyə veriləcəyi açıqlandı
“Azərbaycan Dəmir Yolları” QSC bu ilin sonuna qədər Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolu xəttini istifadəyə verməyi planlaşdırır.
Bu barədə qurumun sədri Cavid Qurbanov məlumat verib.
“Bakı sərnişin stansiyasından başlayan, Biləcəri, Xırdalan, Sumqayıt, Pirşağı, Kürdəxanı, Zabrat, Sabunçu, Bakıxanov, Koroğlu, Keşlə, Nərimanov stansiyalarından keçməklə yenidən 28 mayda başa çatan yolun açılışını edəcəyik. Bu yolda bəzi çatışmazlıqlar var idi, mən ölkə prezidentinə müraciət etdim və onlar aradan qaldırıldı. Həmin dairəvi yolun uzunluğu 92 km-dir. İkitərəfli hesablasaq 180-185 km, əlavə yollarla birlikdə isə 205 km edir. Bu yolda qatarların hərəkətini daha sürətli etmək istəyirik. Yəni, sürət 120 km/saat deyil, 140 km/saat olsun. Odur ki, yolun üzərindəki bütün birsəviyyəli kəsişmələri konfliktsiz kəsişmələrə keçirmişik. Ümumilikdə 14 tunel tikmişik, yolların ətrafında çəpərlər çəkilir. Həmçinin 24 yerüstü keçid inşa etmişik. Hələ bir neçəsini də inşa etməli olacağıq. Bundan əlavə Sumqayıtdan Xırdalana tərəf çıxanda orada məcburi köçkünlərin yaşadığı yerlər var ki, orada da bir neçə tunelin və kanal üzərindən körpünün tikintisini də davam etdirəcəyik”, - deyə o, qeyd edib.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 9 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























