“PAŞA Holdinq”in banklarının birgə böyüklüyü dövlət bankına yaxınlaşır
“PAŞA Holdinq” şirkətlər qrupuna daxil olan “PAŞA Bank” və “Kapital Bank”ın cəmi aktivləri 8 milyard manat səviyyəsini də keçərək 30 Sentyabr 2019-cu il tarixində 8 milyard 391 milyon manata çatıb. Holdinqin banklarının birlikdə “Azərbaycan Beynəlxalq Bankı”nı keçmələri üçün cəmi aktivlərini 1 milyard manat artırmaları lazımdır.
“Marja” xəbər verir ki, Sentyabr ayının sonunda “PAŞA Bank”ın cəmi aktivləri 4 milyard 383 milyon manat, “Kapital Bank”ın cəmi aktivləri isə 4 milyard 8 milyon manat təşkil edib.
Azərbaycanın bank sektorunun cəmi aktivlərinin (30 milyard 300 milyon manat) 27,8%-i bu iki bankın payına düşür.
Azərbaycanın ən böyük bankı 9 milyard 321 milyon manat cəmi aktivləri ilə dövlət bankı olan “Azərbaycan Beynəlxalq Bankı”dır. Ən böyük özəl bank isə “PAŞA Bank”dır.
3 bankın bank sektorunun cəmi aktivlərində xüsusi çəkisi 58%-dir.
Adı | 30.09.2019-da cəmi aktivlər |
“Azərbaycan Beynəlxalq Bankı” | 9 milyard 321 milyon |
“PAŞA Bank” | 4 milyard 383 milyon manat |
“Kapital Bank” | 4 milyard 8 milyon manat |
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 9 saat əvvəl
-
- 10 saat əvvəl
-
11 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























