Azərbaycan bankı 9 ayda 4 milyon manat qazanıb
Bank “BTB” ASC 2019-cu ilin 9 ayını 3 milyon 999 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, “Bank BTB” 2018-ci ilin 9 ayını 2 milyon 182 min manat xalis mənfəətlə başa vurmuşdu. Beləliklə, Bankın xalis mənfəəti 1,8 dəfə artıb.
GƏLİRLƏRİ ARTIB
“Marja” Bankın rüblük hesabatına istinadən xəbər verir ki, 2018-ci ilin 9 ayı ilə müqayisədə 2019-cu ilin 9 ayında “Bank BTB”nin faiz gəlirləri 2 milyon 121 min manat və ya 15,2% artaraq 16 milyon 25 min manat, qeyri-faiz gəlirləri isə 22 min manat artaraq 4 milyon 608 min manat təşkil edib.
2018-ci ilin 9 ayı ilə müqayisədə 2019-cu ilin 9 ayında “Bank BTB”nin faiz xərcləri 746 min manat və ya 9,4% artaraq 8 milyon 693 min manat, qeyri-faiz xərcləri isə 1 milyon 149 min manat və ya 12,1% artaraq 10 milyon 602 min manat təşkil edib.
Cəmi gəlirlərin 2 milyon 143 min manat artması ilə bərabər, cəmi xərclər də 1 milyon 895 min manat artıb. Gəlirlərin xərclərdən 247 min manat daha çox artması əməliyyat mənfəətinin 1 milyon 337 min manata yüksəlməsinə səbəb olub. “Bank BTB” ötən ilin 9 ayında 1 milyon 90 min manat əməliyyat mənfəəti əldə edib.
Cari ilin 9 ayında aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan 2 milyon 663 min manatın azad olması mənfəətin 3 milyon 999 min manata yüksəlməsini təmin edib.
Müqayisə üçün xatırladaq ki, ötən ilin 9 ayında kredit və depozit itkiləri üçün yaradılmış ehtiyatdan 1 milyon 92 min manatın qayıtması hesabına Bankın 1 milyon 90 min manat əməliyyat mənfəəti 2 milyon 182 min manata yüksəlmişdi.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
Bank “BTB”nin gəlirlərinin artması təsadüfi deyil. 31 Sentyabr 2019-cu il tarixində Bank “BTB” 311 milyon 957 min manat cəmi aktivlərə malik olub. Aktivlərin 195 milyon 239 min manatını müştərilərə verilən kreditlər təşkil edib. “Bank BTB” ASC 30 Sentyabr 2018-ci il tarixində 302 milyon 776 min manat cəmi aktivlərə, o cümlədən 169 milyon 299 min manat kredit portfelinə malik idi. Ötən 12 ayda Bankın müştərilərə verdiyi cəmi kreditlərin məbləği 25 milyon 940 min manat və ya 15,3% artıb.
30 Sentyabr 2019cu il tarixində Bank “BTB” 58 milyon 691 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 9 saat əvvəl
-
- 10 saat əvvəl
-
11 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























