Azərbaycan üçün əsas risklər açıqlandı - "Neft 40 dollara enərsə ..."
2020-ci il və ortamüddətli dövr üçün əsas fiskal risklər açıqlanıb.
“Marja”nın məlumatına görə, 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin Təqdimatında bildirilir ki, 2020-ci il və ortamüddətli dövrdə dövlət maliyyəsi bir sıra daxili və xarici amillərə bağlı fiskal risklərlə qarşılaşa bilər. Bu risklərin sırasına da əsasən neftin qiyməti, ticarət tərəfdaşlarında iqtisadi aktivliyin azalması, bank-maliyyə sistemindəki çağırışlar, iri dövlət müəssisələrinin maliyyə vəziyyəti və borc öhdəlikləri kimi məsələləri daxil etmək olar.
Beynəlxalq əmtəə bazarlarında enerji daşıyıcları, o cümlədən neftin qiymətlərinin dəyişkənliyi ortamüddətli dövrdə dövlət və icmal büdcələrinin gəlirlərinə təsir edəcək əsas amillərdəndir. Qeyd etmək lazımdır ki, icmal büdcə gəlirlərinin 52,7 faizi neft gəlirləri hesabına formalaşdığına görə neft qiymətlərindəki mümkün azalma icmal büdcə gəlirlərinin azalmasına və icmal büdcə kəsirinin artmasına təsir edəcəkdir.
2020-ci il üçün icmal büdcə gəlirlərinin hesablanması zamanı 55 ABŞ dolları səviyyəsində nəzərdə tutulan neftin bir barrelinin satış qiyməti 40 ABŞ dollarına enərsə, icmal büdcə gəlirləri proqnoz göstərici ilə müqayisədə 16,6 faiz azala bilər.
Bununla yanaşı, 2020-ci ildə neftin qiymətlərindəki mümkün azalmanın dövlət büdcəsinə əhəmiyyətli təsiri gözlənilmir. Belə ki, dövlət büdcəsinin neft gəlirlərinin əsas hissəsini Dövlət Neft Fondundan transfert təşkil edir ki, bu məbləğ də büdcə tərtibi zamanı xarici valyutada deyil, manat ifadəsində müəyyən olunmuşdur.
Büdcə gəlirlərinin hesablanması zamanı 55 ABŞ dolları səviyyəsində nəzərdə tutulan neftin bir barrelinin satış qiyməti 40 ABŞ dollarına enərsə, dövlət büdcəsinin gəlirləri proqnozla müqayisədə cəmi 1,6 faiz azala bilər ki, bu azalmanın da 1,3 faizi birbaşa neft-qaz sektorundan olan gəlirlərin azalması, 0,3 faizi isə neftin qiymətindəki azalmanın dolayı yolla qeyri neft-qaz sektoruna təsirləri nəticəsində ola bilər.
Neftin qiymətlərinin enişi ortamüddətli dövrdə də davam edərsə, bunun dövlət büdcəsinin gəlirlərinə mənfi təsiri daha əhəmiyyətli ola bilər. Belə ki, büdcə qaydasına əsasən xərclənə bilən neft gəlirlərinin yuxarı həddi (habelə, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin yuxarı həddi), ölkənin xalis maliyyə aktivləri və icmal büdcənin proqnozlaşdırılan neft gəlirləri əsasında müəyyən olunur ki, ortamüddətli dövrdə icmal büdcənin neftin gəlirlərinin azalması Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləğini azaltmaqla, dövlət büdcəsinin neftin gəlirlərinə təsir edə bilər.
Regionda geosiyasi gərginliklərin artması, bir sıra əsas ticarət tərəfdaşlarına sanksiyaların tətbiqi büdcə gəlirlərinə təsir edə biləcək risklərdəndir. Belə ki, əsas ticarət tərəfdaşı ölkələrin iqtisadiyyatlarında aktivliyin azalması ölkənin qeyri-neft sektorunun inkişafına, o cümlədən qeyri-neft ixracına mənfi təsir göstərməklə bu sahədən olan büdcə daxilolmalarının azalmasına gətirib çıxara bilər
Ortamüddətli dövrdə qarşılaşıla biləcək digər fiskal risk amili ölkənin maliyyə-bank sisteminin ölkə iqtisadiyyatının kreditləşməsində zəif iştirakı və maliyyə-bank sisteminin bəzi seqmentlərində kövrəkliyin qalmasıdır. Belə ki, bankların iqtisadiyyatda özəl investisiyaların maliyyələşdirilməsində rolu hələ də məhduddur və ümumi kreditləşmədə yüksək faizli istehlak kreditlərinin xüsusi çəkisi artmaqda davam etməkdədir.
İnvestisiya kreditləşməsinin məhdud həcmi ölkənin qeyri-neft sektorunun inkişafına mənfi təsir göstərməklə, bu sektordan olan büdcə daxilolmalarını azalda bilər.
Digər tərəfdən, məlum olduğu kimi, cari ildə “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq dəyişiklik edilərək, əmanətlərin tam sığortalanması daha bir il müddətinə uzadılmışdır. Bununla əlaqədar, maliyyə-bank sistemində yarana biləcək öhdəliklər dövlət büdcəsi qarşısında əlavə maliyyə yükü yarada bilər.
İri dövlət şirkətlərinin birbaşa və dövlət təminatlı borcları ortamüddətli dövrdə büdcə dayanıqlığına təsir edəcək risk amili olaraq qalmaqdadır. Xüsusilə bir sıra dövlət şirkətlərinin gəlirlərinin azalması və zərərlə fəaliyyət göstərməsi fonunda bu şərti öhdəliklərinin materilizasiyası büdcəyə əlavə maliyyə yükü gətirməklə həm büdcə, həm də borc dayanıqlığına mənfi təsir göstərə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 saat sonra
-
-
11 d. əvvəl
"JPMorgan Chase" 2026-cı il üzrə qızılın qiyməti proqnozunu aşağı salıb
- 22 d. əvvəl
-
35 d. əvvəl
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
- 52 d. əvvəl
-
1 saat əvvəl
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
11 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
20 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Rəsmi məzənnələr açıqlandı
Trampın İrana xəbərdarlığından sonra neft daha da bahalaşıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 26 GÜN
Ən çox oxunanlar
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb







.jpg)









.jpg)









