“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Beynəlxalq valyuta birjalarında bu həftə ticarət aktivliyinin daha da artacağı gözlənilir. Belə ki, çərşənbə günü Bakı vaxtı ilə saat 22:00-da Amerika Mərkəzi Bankının (FED) faiz qərarı açıqlanacaqdır və 0.25%-ə kimi azaldılması proqnozlaşdırılır. Bu, baş verərsə, 1.11$-ın altında ticarət edilən EUR/USD məzənnəsində növbəti dalğalanma, açıqlanacaq digər önəmli fundamental məlumatlardan asılı olacaqdır. Bunlar isə ABŞ-dan dərc ediləcək istehlak aktivliyi indeksi, ikinci mənzil bazarında satış dövriyyəsi, iqtisadi inkişaf, sənayə indeksi və əmək bazarı ilə bağlı göstəricilərdir. Bununla yanaşı, cümə axşamı saat 14:00-da Avrozonadan yayımlanacaq inflyasiya və iqtisadi inkişaf göstəriciləri də diqqət mərkəzində olacaqdır.
Ümumi təhlillər, avronun 1.10$-a kimi ucuzlaşacağını proqnozlaşdırmağa əsas verir.
GBP
Böyük Britaniya parlamenti ilə hökümət arasında Breksit qarşıdurması dərinləşdikcə, siyasi və iqtisadi qeyri-müəyyənlik də artır. Bu, özünü fundamental göstəricilər də göstərir. İnflyasiya son iki ilin, iqtisadi inkişaf son altı ilin minimumuna düşüb, əmək haqları isə azalıb. Son günlər isə razılaşdırılmış Breksitin baş tutacağı ümidləri də azalıb və bu, GBP/USD məzənnəsinin 1.25$-a kimi ucuzlaşacağı proqnozlarını da artırır.
TRY
Türkiyə birjalarında isə lirədə bahalaşma müşahidə edilir və USD/TRY məzənnəsi əlavə olaraq, 5.64TL-yə kimi də ucuzlaşa bilər.
Bununla yanaşı, cümə axşamı saat 11:00-da xarici ticarət dövriyyəsinə dair açıqlanacaq önəmli statistik göstəricilər də böyük maraqla gözlənilir.
OIL
Enerji birjalarında 62$-a kimi dəyər qazanan Avropanın Brent markalı neftin bir barel qiymətinin 61$-ın üzərində qaldıqca, 65$-a kimi də bahalaşacağı proqnozlaşdırılır. Bazarlarda neftin artması və təklifin azalması müşahidə edilir və bu, qiymətlərə müsbət təsir etməkdədir.
Çərşənbə günü saat 18:30-da açıqlanacaq Amerikanın neft və benzin ehtiyatları ilə bağlı önəmli fundamental məlumatların da qiymətlərə güclü təsir edəcəyi gözlənilir.
GOLD
Əlvan metallar bazarlarında qızılın bir unsiya üzrə qiyməti oktyabr ayının maksimum və minimumun aralığında ticarət edilməkdədir. Lakin qlobal siyasi və iqtisadi risklər nəzərə alınaraq, bahalaşma proqnozları güclü olaraq qalır. Belə ki, bir unsiya üzrə qiymət 1500$-ın (48.2 $/qram) üzərində qaldıqca, 1517$-a (48.8 $/qram) kimi də dəyər qazana bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
-
7 saat əvvəl
Kakao qiymətlərində kəskin eniş: Qiyməti 55%-dən çox geriləyib
-
7 saat əvvəl
Rusiya nefti Hindistan zavodlarına 2 ilin ən aşağı qiymətinə təklif olunur
- 7 saat əvvəl
-
7 saat əvvəl
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
-
7 saat əvvəl
Kapital Bank və Təhsil Tələbə Kredit Fondu memorandum imzaladı
- 8 saat əvvəl
-
8 saat əvvəl
ABB-nin dəstəyi ilə Agile sammiti – süni intellekt və data təcrübəsi paylaşılacaq!
-
9 saat əvvəl
“Qəhrəmanlar bağı” layihəsi: Şəhidlərin xatirəsinə 543 ağac əkildi
-
10 saat əvvəl
"Azəriqaz"dan “AFEN Plaza”nın sahibinin iddiaları barədə açıqlama
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
Kakao qiymətlərində kəskin eniş: Qiyməti 55%-dən çox geriləyib
"Getir Yemek" "Uber Eats"ə satılıb
Ən çox oxunanlar
"Azəriqaz"dan “AFEN Plaza”nın sahibinin iddiaları barədə açıqlama
"ABB-nin dividend gəlirliliyi 16%-ə çata bilər"
Noyabrın 25-də gözlənilən hava şəraiti
“Asan İmza” indi “Azercell” tətbiqində!
Brendin və liderin reputasiyasının formalaşmasında Korporativ Sosial Məsuliyyətin rolu - MÜSAHİBƏ
“Yeni salınan yola görə binaya yeraltı qaz sızıb” - Plaza sahibi
Unicapital yeni UTrader veb-portalını geniş auditoriyaya təqdim etdi











.jpg)






.jpg)


