Ölkədən müvəqqəti çıxarılan avtomobilin gec qaytarılmasına görə böyük cərimənin ləğvi təklif edilir
Son dövrlərdə şəxslər tərəfindən xarici ölkə qeydiyyatında olan nəqliyyat vasitələrinin ölkə ərazisində daimi qeydiyyata alınmadan müvəqqəti olaraq istifadə edilməsi halları nəzərəçarpacaq dərəcədə artıb.
Bunu Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi Mirqasım Vahabov bildirib.
İdarə rəisi deyib: Eyni zamanda ölkə ərazisinə müvəqqəti gətirilmə zamanı “Avro-4” ekoloji standartları tələb olunmur və bu zaman ekoloji cəhətdən mənfi təsirləri daha çox olan, eləcə də təhlükəsizlik baxımından texniki şərtləri ödəməyən minik avtomobillərinin ölkə ərazisində uzun müddət qalmaqla istifadəsinə şərait yaranmış olur. Bu baxımdan, nəqliyyat vasitələrinin ölkədə müvəqqəti qalma müddəti və istifadəsinə riayət olunması daima nəzarətdədir. Digər tərəfdən, ölkədən müvəqqəti çıxarılan avtomobilin qanunvericilik aktlarında qeyd olunan müddətdən artıq qalaraq və sonradan ölkəyə qaytarılan zaman müddətin keçməsi ilə əlaqədar böyük məbləğdə cərimələrin tətbiqi məsələsinin aradan qaldırılması məqsədi ilə qanunvericilik aktlarında dəyişikliklərin edilməsi üzrə təkliflər Dövlət Gömrük Komitəsi tərəfindən Nazirlər Kabinetinə təqdim edilib.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 saat sonra
-
- 18 saat əvvəl
- 19 saat əvvəl
-
20 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 20 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























