Azərbaycan şahmatında tarixi bir gün
® 5 noyabr Türkiyənin Çorum vilayətində 48 ölkənin iştirakı ilə keçirilən yeniyetmələrin Şahmat Olimpiadasında ilk dəfə Azərbaycan şahmatçıları komanda yarışında Çempion olaraq qızıl medallara sahib olublar.
Komandamız son turda Çin komandasını 2,5-1,5 hesabı ilə qalib gəlib. Qələbə xalını komandamıza Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşı Elşən Sülymanlının övladı Aydın Süleymanlı gətirib. Belə ki, Aydın Süleymanlı 9 oyundan 7 xal toplayaraq 5 qələbə xalı əldə edib.
Daima Korporativ Sosial Məsuliyyət layihələrində aktiv iştirak edən Veysəloğlu Şirkətlər Qrupu 8 yaşından yerli və beynəlxalq yarışlarda iştirak edən Aydın Süleymanlıya həm maddi həm də mənəvi dəstək olub. Aydın Süleymanlı isə bu etimadı yüksək nəticələr əldə edərək doğruldub. Qeyd edək ki, Aydın Süleymanlı 12 oktyabrda Hindistanın Mumbai şəhərində 14,16 və 18 yaşlı şahmatçılar arasında keçirilən Dünya Çempionatında birinciliyi əldə edib.
Veysəloğlu Şirkətlər Qrupu yeniyetmələrdən ibarət milli komandamızın bu uğuru ilə qürur duyur, onları təbrik edir və yeni nailiyyətlər arzu edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
21 d. əvvəl
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
- 43 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
-
2 saat əvvəl
Əmək müqaviləsi, məzuniyyət, ezamiyyə və maaş hesablaması bir sistemdə
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
12 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
19 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
1 gün əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Rəsmi məzənnələr açıqlandı
İranın dondurulmuş aktivləri geri qaytarılır
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb


























