Maye qaz (LPG) nə vaxt olacaq? - SOCAR-DAN AÇIQLAMA
SOCAR, hazırda maye qazdan istifadə edən avtomaşın sahiblərinə CNG-yə keçməyi tövsiyə edir
“Son bir ayda avtomobillərin işlətdiyi LPG (maye qaz) təchizatında qıtlıq kəskinləşib, bu da bir tərəfdan tələbatın artımı, digər tərəfdən isə Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) aparılan dövri təmir işləri ilə bağlı olub”.
Bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məsələ ilə bağlı bildirib.
İ.Əhmədov qeyd edib ki, yaxın zamanda dövri təmir işləri başa çatacaq və ölkə daxilində maye qazın istehsalı bərpa olunacaq:
“Bundan sonra bazarda vəziyyətin nisbətən stabilləşməsini gözləmək olar. Lakin uzunmüddətli perspektivdə maye qazına tələbatına artması qaçılmazdır. Həmin məhsula olan tələbatın üzərindən təzyiqin azaldılması üçün alternativ və daha əlverişli olan CNG kimi məhsulların geniş yayılmasına çalışırıq. Əgər hazırda maye qazdan istifadə edən avtomaşın sahiblərinin bir hissəsi CNG-yə keçərsə, onda bazarda mövcud olan maye qaz həcmləri bu keçidi etmək imkanı olmayan (məsələn, maşınları yalnız LPG ilə işləyən) qalan istehlakçılar üçün də kifayət edər”.
SOCAR rəsmisinin sözlərinə görə, maye qaz və ya LPG kimi tanınan maddələr neft emalı prosesindı əldə edilən propan-propilen və butan-butilen fraksiyalarıdır:
“Bu maddə Azərbaycanda SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda illik təxminən 220-230 min ton həcmində istehsal olunur. Maye qazları həm kimya sənayesində aralıq məhsulu kimi istifadə olunur, həm də yanacaq kimi birbaşa istehlak edilir.
SOCAR-ın dəyər zənciri çərçivəsində maye qazları (LPG) əvvəlki illərdə də Sumqayıtdakı kimya müəssisələrimizə xammal kimi yönləndirilir və beləliklə ölkəmizin qeyri-neft istehsalatına töhfə verirdi. Maye qazın kimya sənayesində istifadə olunmayan həcmləri isə yanacaq kimi daxili bazarda təchizatçı şirkətlər vasitəsi ilə reallaşdırılırdı. Ötən ildən etibarən SOCAR Polymer zavodlarının istismara verilməsi ilə ölkəmizin kimya sənayesində və bununla da qeyri-neft sektorunda sıçrayış oldu. Nəticədə isə bu sənayenin xammalı olan maye qaza (LPG)-yə tələbat artdı və yanacaq bazarında istehlakçılar qıtlıqla üzləşdilər”.
İ.Əhmədov qeyd edib ki, SOCAR maye qazının ölkə daxilində istehsalçısıdır:
“Lakin satış sahəsində maye qazı üzrə inhisarımız yoxdur. Yəni təchizatçılar bunu həm SOCAR-dan, həm də digər şirkətlərdən də ala bilərlər. Ölkə xaricində bu məhsul daha yüksək qiymətə alınıb-satıldığına görə hələlik təchizatçılar onun idxalından vaz keçir. Qeyd etmək vacibdir ki, maye qazı kimya sənayesində daha böyük dəyər yaradır, yanacaq kimi istifadə olunanda onun məhsuldarlığı nisbətən aşağı olur”.
Rəis müavinin sözlərinə görə, buna görə SOCAR ötən ildən etibarən eyni qiymətə daha effektli və dayanıqlı yanacaq növünü bazara təqdim edib:
“Sıxılmış Təbii Qaz və ya CNG kimi tanınan bu yanacaq artıq bir çox SOCAR yanacaqdoldurma məntəqələrində satılır və hələ bazarda maye qaz qıtlığı yaranmamışdan əvvəl istehlak bazarında böyük maraqla qarşılanıb və onun istifadəsi sürətlə artmağa başlayıb. CNG maye qazdan daha sərfəli və yanacaq kimi daha məhsuldardır. Həm də daha təhlükəsizdir və ətraf mühitə daha az ziyan vurur. Bir sözlə, maye qazı sənayedə aralıq məhsulu kimi daha böyük dəyər yaradırsa, CNG isə məhz yanacaq kimi effektlidir. CNG birbaşa təbii qazdan əldə edildiyinə görə onun təchizatında hər hansı qıtlığın yaranması da gözlənilmir. Əlbəttə həm LPG həm də CNG üçün əlavə avadanlığın quraşdırılması vacibdir ki, bu da yanacağın yaratdığı maddi üstünlüklər hesabına qısa zamanda özünü doğruldur”.
Xeyli müddətdirki ölkəmizdə bir çox yanacaq doldurma məntəqələrində LPG-nin satışı həyata keçirilmir. LPG avadanlğı ilə təchiz edilmiş və bu yanacaq ilə çalışan avtombillərin sahibləri çətin vəziyyətdə qalblar.
© Modern
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 d. əvvəl
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
- 14 d. əvvəl
-
-
24 d. əvvəl
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
-
35 d. əvvəl
Avropa LNG bazarında ABŞ dominantlığı: pay 60 faizə yaxınlaşıb
-
35 d. əvvəl
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir - QİYMƏTLƏR
-
1 saat əvvəl
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir - QİYMƏTLƏR
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Rəsmi məzənnələr açıqlandı
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
İranın dondurulmuş aktivləri geri qaytarılır
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat


























