Sahibkarlar Festivala necə qoşula bilərlər?
Azərbaycan Konqreslər Bürosu Bakı Şopinq Festivalı zamanı ƏDV qaytarılması prosesinə qoşulmaq şərtləri haqqında sahibkarlara xəbərdarlıq edib
Bakı Şopinq Festivalının (BSF) təşkilatçısı olan Azərbaycan Konqreslər Bürosu (AKB) festivalda ƏDV qaytarılması prosesi barədə məlumat yayıb.
Bürodan "Marja"ya verilən məlumata görə, sahibkarlar yalnız Festivalın rəsmi saytında qeydiyyatdan keçdikləri halda bu üstünlükdən faydalana bilərlər. Buna görə də, mağazalar Azərbaycan vətəndaşlarına alış-verişdən sonra əlavə dəyər vergisini (ƏDV) geri qaytara bilmək üçün hansı qaydalara əməl etməli olduqlarını dəqiq bilməli və əməl etməlidirlər.
Festival çərçivəsində alış-veriş zamanı tətbiq olunan Azərbaycan vətəndaşlarına ƏDV qaytarılması sisteminə qoşulmaq üçün əvvəlcə BSF-nin rəsmi saytında və Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçməlidirlər. Bu iki qurumdan birində qeydiyyat aparılmadığı halda, həmin mağaza və ya digər sahibkarlar bu prosesə qoşula bilməyəcəklər.
ƏDV qaytarılması sisteminə qoşulmuş obyektlərin üzərində xüsusi “Baku Shopping Festival – Tax Free” stikeri (stikerin loqosuna əlavədə baxmaq olar) yerləşdiriləcək. Yalnız həmin nişan olan obyektlərdən mal alan Azərbaycan vətəndaşlarına ƏDV qaytarılacaq.
Yerli əhaliyə ƏDV-nin qaytarılması sisteminə qoşulmaq üçün yerli sahibkarlar müraciət ərizəsini yazılı və ya festivalın rəsmi internet saytında olan elektron ərizə formasını (https://bsf.secure.force.com/Merchant_Form?lang=az ) doldurmaqla qeydiyyatdan keçməlidirlər. Qeydiyat ödənişlidir. Daha ətraflı məlumat üçün aşağıdakı link vasitəsilə əlaqə saxlamaq olar: http://bakushopfest.com/merchant-terms/.
Azərbaycan Konqreslər Bürosu bir daha sahibkarların diqqətinə çatdırır ki, Festivalın rəsmi veb səhifəsində vaxtında qeydiyyatdan keçsinlər. Əks halda, həmin şirkət və mağazalar festival zamanı heç bir güzəşt və üstünlüyə malik olmayacaqlar.
Ənənəvi olaraq, hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçiriləcək. Növbəti festivalın keçirilməsi bu ilin oktyabrına nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 saat əvvəl
-
6 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
14 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN












.jpg)







