“Günay Sığorta” dan yeni məhsul - 3D əmlak sığortası
(®) “Günay Sığorta” 3 sığorta məhsulundan ibarət olan 3D əmlak sığortası paketini təqdim edir. Məhsul Bakı şəhərində yerləşən mənzilləri sığortalamaq üçün nəzərdə tutulmuşdur.
Sığorta məhsulları aşağıdakılardır:
1.Daşınmaz əmlakın icbari sığortası
2.Daşınmaz əmlakın könüllü sığortası
3.Daşınar əmlakın sığortası (Ev əşyalarının sığortası)
Müştərilər Daşınmaz əmlakın icbari sığortası üzrə 25.000 manat, Daşınmaz əmlakın könüllü sığortası üzrə 25.000 manat, Ev əşyalarını isə 5.000 manat dəyərində sığortalayacaqlar. 3D əmlak sığortası əldə etmiş müştərilər hadisə zamanı Günay Sığortadan yük taksisi xidmətini də ödənişsiz əldə edəcəklər.
Əmlakı sığortalamaq üçün dövlət reyestrindən çıxarışı və şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir. Müştərilərin rahatlığını təmin etmək məqsədilə sığortalanan zaman əmlaka baxış keçirilmir və əmlakın foto şəkilləri təqdim olunmur.
Cəmi 79 manat ödəməklə 1 il ərzində müştərilər mənzillərini və ev əşyalarını yanğın, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, təbii fəlakətlər - zəlzələ, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətləri və s. kimi xoşagəlməz hallardan 55.000 manat dəyərində sığortalamış olacaqlar.
Məhsulu əldə etmək üçün müştərilər şirkətimizin məlumat mərkəzinə zəng edə (012 990), saytına (www.gunaysigorta.az) , rəsmi facebook səhifəsinə (www.fb.com/gunayinsurance/ ), instagram səhifəsinə (https://www.instagram.com/gunay_insurance/ ) müraciət edə və yaxud şirkətin baş ofisinə, nümayəndəliklərinə və satış nöqtələrinə yaxınlaşa bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
10 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 10 saat əvvəl
-
11 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























