Kapitalından ən yaxşı istifadə edən banklar - SİYAHI
Azərbaycanda fəaliyyət göstərən 30 bank bu ilin yanvar-sentyabr aylarını 522,7 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il oktyabrın 1-nə malik olduqları 4 milyard 773, milyon 569 min manat məbləğində nizamnamə kapitalının 10,95%-i qədərdir.
Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, yanvar-sentyabr aylarından mənfəətlə çıxmış 23 bank arasında nizamnamə kapitalından ən yaxşı istifadə edəni "Bank of Baku" ASC olub. Bu bankın əldə etdiyi mənfəət kapitalının 61%-ni təşkil edib. Baxmayaraq ki, "Bank of Baku" kapitalının məbləğinə görə, Azərbaycanda 25-ci bankdır.
Fəaliyyət effektivliyinə görə, 2-ci yeri "Unibank" ASC tutub. Bank ötən 9 ayda nizamnamə kapitalının 53,2%-i qədər mənfəət əldə edib. Xatırladaq ki, "Unibank" kapitalının məbləğinə görə, 30 bank arasında ölkədə 8-cidir.
Mənfəətinin kapitalına nisbətinə görə 3-cü yerə isə 44,1%-lik göstərici ilə "Kapital Bank" ASC sahib olub. Baxmayaraq ki, "Kapital Bank" nizamnamə kapitalının məbləğinə görə, ölkədə 7-cidir.
Mənfəətlə işləyən qalan 20 bankdan 7-də sözügedən göstərici 10-26% arasında, 8 bankda 1-10% arasında, 5 bankda isə 0-1% arasında dəyişir.
Qeyd edək ki, "Bank of Baku" və "Unibank"ın mənfəətlərinin artmasının böyüh hissəsinin əvvəlki illər ehtimal olunan kredit itkiləri üçün yaradılmış ehtiyatın azad olması hesabınad olduğu da qeyd edilməlidir.
№
|
Bankın adı
| Bankın 9 aylıq mənfəətinin / zərərinin nizamnamə kapitalına nisbəti |
1 | Bank of Baku | 61,0% |
2 | Unibank | 53,2% |
3 | Kapital Bank | 44,1% |
4 | Azərbaycan Beynəlxalq Bankı | 26,0% |
5 | Express Bank | 22,7% |
6 | Bank Respublika | 21,3% |
7 | PAŞA Bank | 19,4% |
8 | Bank Avrasiya | 11,9% |
9 | Azərbaycan Sənaye Bankı | 11,1% |
10 | Premium Bank | 10,6% |
11 | Rabitəbank | 7,5% |
12 | Yapı Kredi Bank Azərbaycan | 6,8% |
13 | Xalq Bank | 6,7% |
14 | Naxçıvan Bank | 6,5% |
15 | AFB Bank | 6,2% |
16 | Bank BTB | 6,0% |
17 | Zıraat Bank Azərbaycan | 6,0% |
18 | Bank VTB Azərbaycan | 2,0% |
19 | Günay Bank | 1,6% |
20 | Azər-Türk Bank | 1,3% |
21 | Turan Bank | 0,5% |
22 | NBC Bank | 0,2% |
23 | Atabank | 0,0% |
24 | Nikoyl Bank | -0,5% |
25 | AGBank | -2,2% |
26 | Pakistan Milli Bankı - Bakı | -3,2% |
27 | Muğan Bank | -8,3% |
28 | Amrah Bank | -20,6% |
29 | İran Milli Bankı - Bakı | -26,2% |
30 | Access Bank | -35,0% |
| Orta hesabla | 11,0% |
© "Renkinq"i
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 17 saat əvvəl
-
- 17 saat əvvəl
-
19 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























