PAŞA Bank "Scale Up" akselerator proqramını dəstəkləyir
(®) Ölkənin aparıcı korporativ bankı PAŞA Bank 2018-2020 İnkişaf Strategiyasının hədəflərinə uyğun olaraq sahibkarlığın inkişafına dəstək verəcək bir çox layihələrdə təşkilatçı və ya sponsor qismində fəal iştirak edir.
Bu layihələrdən biri qadın sahibkarlar üçün xüsusi olaraq hazırlanmış "Scale Up" akselerator proqramıdır.
Qadın sahibkarlar üçün nəzərdə tutulmuş "Scale Up" akselerator proqramı "Azərbaycan işgüzar qadınları" təşkilatının təşəbbüsü və PAŞA Bank, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ABŞ-ın Azərbaycandakı səfirliyi və "PwC Azerbaijan" şirkətinin birgə dəstəyi ilə ərsəyə gəlib.
Proqramın əsas missiyası qadınların iqtisadiyyatdakı rolunu və təsirini gücləndirmək, onların bizneslərinin inkişafını sürətləndirilməsi və böyüməsi üçün lazımi dəstəyi göstərmək və uyğun şərait yaratmaqdır. Səkkiz həftə davam edəcək "Scale Up" akselerator proqramı çərçivəsində iştirakçılar rəqəmsal transformasiya, kommunikasiya, investisiya qaydaları və özünüinkişaf kimi mövzularda bilik və bacarıqlar əldə edəcəklər.
13 dekabr 2019-cu il tarixində "JW Marriott Absheron" otelində keçirilən proqramın rəsmi təqdimat mərasiminə qatılan PAŞA Bankın İdarə heyətinin üzvü Xəyalə Nağıyeva, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer, "PwC Azerbaijan" şirkətinin ölkə üzrə idarəedici tərəfdaşı Mövlan Paşayev dəyərli fikir və tövsiyələrini iştirakçılarla bölüşdülər.
Qeyd olunmalıdır ki, proqrama müraciət üçün onlayn qeydiyyat www.abw.az saytı üzərindən 28 dekabr 2019-cu il tarixinədək davam edəcək. Seçilmiş namizədlər 8 həftə davam edəcək proqramda iştirak etmək hüququnu qazanacaqlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 55 d. əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
6 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
Ən çox oxunanlar
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir






.jpg)
.jpg)





.jpg)





