"Dəniz Mall"da ən böyük kinoteatr açılacaq
Xəzər dənizinin sahilində, "Dəniz Mall" ticarət mərkəzində ən yeni 4DX texnologiyası ilə təchiz olunmuş ölkənin ən böyük "CinemaPlus" kinoteatrı açılacaq.
“CinemaPlus” kinoteatrlar şəbəkəsinin müşahidə şurasının üzvü Zaur Darabzadə bildirib ki, "Dəniz Mall" təxminən 3 ay sonra istifadəyə veriləcək və kinoteatr da həmin vaxt fəaliyyətə başlayacaqdır.
Azərbaycan bu texnologiyanın qurulmasında dünyada 65-ci, MDB-də isə Rusiya, Ukrayna və Belarusun ardınca 4-cüdür.
“CinemaPlus” kinoteatrlar şəbəkəsinin müşahidə şurasının üzvü Zaur Darabzadə bildirib ki, innovativ 4DX kinoteatr texnologiyası hərəkət, fırlanma və sarsıntılar, su spreyi və külək, şimşək və qar, sabun köpükləri və ətir kimi əlavə xüsusi effektlərlə hərəkətə gətirilən blokbasterlərin və qorxulu filmlərin vizual effektlərini genişləndirir:
"Bunun nəticəsidir ki, 4DX texnologiyası film sahəsindəki ən maraqlı formatlardan biridir və tamaşaçıları böyük ekranda baş verən aksiyalara cəlb edir. Hər 4DX zal 21 fərqli effektlə video ilə sinxron halda hərəkət edən kreslolardan ibarətdir. Həmçinin, bu format film izlərkən yaşadığınız həyəcanı ən pik həddə çıxarır, bundan başqa, səs və video özəlliklərindən daha ümdədir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 12 d. sonra
-
38 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 39 d. əvvəl
-
-
46 d. əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
52 d. əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
1 saat əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb


























