"Dolların ucuzlaşması yeni başlamış ola bilər"
Mütəxəssislər, dekabrda ucuzlaşan ABŞ dolları üçün 2020-də daha da pisi ola biləcəyinə diqqət çəkirlər.
Hollandiyanın maliyyə xidmətləri şirkəti "ABN Amro"ya görə, ABŞ ilə Çin arasındakı ticarət razılaşması və qlobal iqtisadiyyatda yaxşılaşma işarələri "etibarlı liman" tələbini azaltması ilə dolların dəyərdən düşməsi davam edəcək.
Qeyd edək ki, qlobal miqyasda risklər artdıqda "etibarlı liman" alətlərindən biri olan Dollara tələb artır və bu zaman ABŞ valyutasında bahalaşma müşahidə olunur. Hazırda əks proseslər baş verir.
"ABN Amro"nun strateqi Georgette Boele, "Dollar 2019-cu ildə "etibarlı liman" tələbi ilə bahalaşmışdı, ancaq indi ticarət razılaşması oldu. Dollar uzun və davamlı zəifləmə trenidinə girə bilər" şərhini edib.
ABŞ-ın pul vahidinin 10 mühüm valyuta qarşısındakı dəyərini göstərən Bloomberg Dollar İndeksi dekabr ayında 2% düşüb. Bu təxminən 2 ilin ən böyük aylıq enişi olub.
Dollar indeksi 2017-də gördüyü ən yüksək səviyyədən 7%-dən çox düşüb.

Uzun müddətdir ticarət müharibəsini davam etdirən ABŞ və Çinin razılaşmaya yaxın olduqlarına dair siqnallar gəlməsilə Dollar Oktyabr ayından etibarən zəifləməyə başlayıb.
Dolların zəifləməsindəki bir başqa faktor da ABŞ Mərkəzi Bankının (Fed) iqtisadi artımı dəstəkləmək üçün İyul, Sentyabr və Oktyabrda etdiyi ardıcıl faiz endirimləri olub.
"M&G Investments"dən Jim Leabiss Fed-in bu il də faiz endirimi üçün bir qədər sahəsə olduğunu, bu səbəbdən də dollarda eniş gözlədiyini söyləyib. Mütəxəssis, "ABŞ seçkilərinə yaxınlaşarkən iqtisadi artım ləngisə Fed-in üzərində daha çox təzyiq ola bilər" şərhini edib.
"National Australia Bank" da dolların ucuzlaşmasını gözlədiklərini, amma bunun ani bir hərəkət olmayacağını qeyd edib.
UCUZLAŞMA GÖZLƏMƏYƏNLƏR DƏ VAR
Dollarda ucuzlaşma gözləməyənlər də var. Qlobal investisiya bankı "Citigroup" dolların Kanada dolları və Avro qarşısında güclənəcəyini və ABŞ iqtisadiyyatının digər iqtisadiyyatlardan daha yaxşı performans göstərəcəyini nəzərdə tutur.
Digər qlobal investisiya bankı "Goldman Sachs" isə, Avro və Çin yuanı əhəmiyyətli ölçüdə dəyər qazanarsa dolların düşə biləcəyini, ancaq bunun hələlik mümkün görünmədiyini qeyd edib. Bankın strateqləri keçən ay dollarda heç olmasa bir neçə ay üçün eniş gözləmədiklərini bildirmişdilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
-
4 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
12 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)
.jpg)




.jpg)







