Prezidentin tapşırıqlarının icrası üçün müddətlər müəyyən edildi - BAŞ NAZİRDƏN SƏRƏNCAM
“Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı” təsdiq edilib.
“Marja” xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov sərəncam imzalayıb.
Sərəncamla təsdiq edilmiş Tədbirlər Planında nəzərdə tutulan icraçılar müvafiq tədbirlərin müəyyən olunmuş icra müddətində yerinə yetirilməsini təmin etmək və görülmüş işlər barədə Kabinetinə məlumat vermək tapşırılıb.
Sıra №-si | Tədbirin adı | İcraçılar | İcra müddəti | |
1 | 2 | 3 | 4 | |
1. Maliyyə-bank sektoru | ||||
1.1. | Büdcə xərclərinə nəzarətin gücləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi üçün təkliflərin təqdim edilməsi | Maliyyə Nazirliyi | 2020-ci ilin mart ayınadək | |
1.2. | Xarici borcun tərkibi təhlil olunaraq səviyyəsinin azaldılması, restrukturizasiyası (o cümlədən, bahalı kreditlərin nisbətən aşağı faizli kreditlərlə əvəz edilməsi) və xarici kreditlərin alınmasına zərurət yaranarsa qabaqcıl beynəlxalq texnoloji və müasir standartlara cavab verən layihələrin həyata keçirilməsi barədə təkliflərin təqdim edilməsi | Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi | 2020-ci ilin aprel ayınadək | |
1.3. | “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”ın və investisiya siyasətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin təqdim edilməsi | Dövlət Neft Fondu, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank | 2020-ci ilin aprel ayınadək | |
1.4. | Bank sektorunun real sektoru dəstəkləməsi, biznes kreditlərinin verilməsi və faizlərin aşağı salınması istiqamətində müvafiq tədbirlərin görülməsi | Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi | 2020-ci ilin sonunadək | |
1 | 2 | 3 | 4 | |
1.5. | Bank sektorunda, o cümlədən şübhəli kreditlərin verilməsinə nəzarətin gücləndirilməsi üzrə müvafiq tədbirlərin görülməsi | Mərkəzi Bank | 2020-ci ilin iyul ayınadək | |
2. İqtisadi artımın dayanıqlılığı | ||||
2.1. | Dövlət investisiya proqramı hazırlanarkən başlanılmış investisiya layihələrinin başa çatdırılmasının prioritetləşdirilməsi | İqtisadiyyat Nazirliyi | 2020-ci ilin sonunadək | |
2.2. | Dövlət investisiya proqramı çərçivəsində həyata keçirilən layihələrin, o cümlədən infrastruktur layihələrinin real sektora olan təsirinin qiymətləndirilməsinin nəticələrinin təqdim edilməsi | İqtisadiyyat Nazirliyi | 2020-ci ilin aprel ayınadək | |
2.3. | Uzunmüddətli qeyri-neft ixracı strategiyasının hazırlanması | İqtisadiyyat Nazirliyi | 2020-ci ilin iyul ayınadək | |
2.4. | Emal sənayesinin inkişafı, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı istiqamətində təkliflərin təqdim edilməsi | İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi | 2020-ci ilin aprel ayınadək | |
2.5. | Beynəlxalq təcrübə nəzərə alınmaqla, əhali artımının iqtisadi artımla uyğunluğunu nəzərdə tutan uzunmüddətli strategiyanın hazırlanması | İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika Komitəsi | 2020-ci ilin oktyabr ayınadək | |
2.6. | Özəl investisiyaların cəlb edilməsi üzrə tədbirlərin genişləndirilməsi istiqamətində təkliflərin təqdim edilməsi | İqtisadiyyat Nazirliyi | 2020-ci ilin may ayınadək | |
2.7. | Kiçik və orta biznesin inkişafına dəstəyin gücləndirilməsi | İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank | 2020-ci ilin sonunadək | |
2.8. | Tütün və tütün məmulatlarının istehsalının artırılması, həmin məmulatların idxalının azaldılması istiqamətində müvafiq tədbirlərin görülməsi və nəticələri barədə hesabatın təqdim edilməsi | Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi | 2020-ci ilin sonunadək hər rüb | |
1 | 2 | 3 | 4 | |
2.9. | İpəkçilik sahəsinin inkişafı istiqamətində konsepsiya layihəsinin təqdim edilməsi | Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi | 2020-ci ilin may ayınadək | |
2.10. | Toxuculuq məhsullarının istehsalının təşkili və əlavə dəyər zəncirinin yaradılması barədə təkliflərin təqdim edilməsi | Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi | 2020-ci ilin iyul ayınadək | |
2.11. | Turizmin inkişafı sahəsində mövcud vəziyyətin hərtərəfli təhlil olunması və turist axınının artırılması üçün kompleks tədbirlərin görülməsinə dair təkliflərin təqdim edilməsi | Dövlət Turizm Agentliyi, Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azərbaycan Hava Yolları” QSC | 2020-ci ilin aprel ayınadək | |
2.12. | Bərpa olunan enerji sahəsinə əlavə investisiyaların cəlb edilməsi | Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, “Azərenerji” ASC | 2020-ci ilin sonunadək | |
3. Beynəlxalq iqtisadi əməkdaşlıq | ||||
3.1. | Hökumətlərarası Komissiyaların fəaliyyəti çərçivəsində iqtisadi əməkdaşlığın gücləndirilməsi barədə təkliflərin təqdim edilməsi | Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi | 2020-ci ilin sonunadək | |
3.2. | Azərbaycan məhsullarını ixrac etmək məqsədilə yerli şirkətlərin xarici ölkələrdə fəaliyyəti və yerli şirkətlərin xarici ölkələrdə tenderlərdə iştirakı istiqamətində yeni imkanların araşdırılması, nəticələri əsasında təkliflərin təqdim edilməsi | Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi | 2020-ci ilin sonunadək | |
1 | 2 | 3 | 4 | |
3.3. | Beynəlxalq nəqliyyat dəhlizləri üzrə infrastruktur layihələrinin icrası | İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azərbaycan Dəmir Yolları” QSC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi | 2020-ci ilin sonunadək | |
4. Sosial tədbirlərin gücləndirilməsi | ||||
4.1. | Kölgə iqtisadiyyatının aradan qaldırılması üzrə mübarizənin gücləndirilməsi barədə təkliflərin təqdim edilməsi | İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Dövlət Statistika Komitəsi | 2020-ci ilin may ayınadək | |
4.2. | Qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı koordinasiyanın gücləndirilməsi üzrə müvafiq tədbirlərin görülməsi | Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası | 2020-ci ilin sonunadək | |
4.3. | Sığorta fəaliyyəti, o cümlədən daşınmaz əmlakın icbari sığortası barədə vətəndaşların maarifləndirilməsi | Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi | 2020-ci ilin sonunadək | |
4.4. | Şəhid ailələri və Qarabağ əlilləri üçün mənzil təminatının yaxşılaşdırılması | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi | 2020-ci ilin sonunadək | |
1 | 2 | 3 | 4 | |
5. Gömrük sahəsi | ||||
5.1. | Gömrük sərhəd keçid məntəqələri üzrə infrastrukturun yaxşılaşdırılmasına dair təkliflərin təqdim edilməsi | Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti | 2020-ci ilin aprel ayınadək | |
5.2. | Gömrük sərhəd keçid məntəqələrində gömrük orqanlarının vəzifəli şəxslərinin etik-davranış qaydaları üzrə maarifləndirmə işlərinin aparılması | Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti | 2020-ci ilin sonunadək | |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
1 saat əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
1 saat əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
9 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ən çox oxunanlar
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb






.jpg)














.jpg)




