Azərbaycanlı tələbələr Uhan şəhərindən çıxa bilmirlər - SƏFİRDƏN AÇIQLAMA
Yeni koronavirus epidemiyası səbəbilə bağlanmış Çinin Uhan şəhərində azərbaycanlı tələbələr var. Hakimiyyət şəhərə giriş və çıxışı qadağan etdiyinə görə şəhəri tərk edə bilmirlər. Bu barədə həmin tələbələrdən biri, Səməd Azadlı məlumat verib.
Öz növbəsində Azərbaycan XİN rəsmi nümayəndəsi Leyla Abdullayeva bildirib ki, bu məsələ ilə bağlı Çin tərəfi ilə danışıqlar aparılır. “Bu, asan olmayan və uzun prosesdir, Çin tərəfi ilə danışıqlar davam edir”, - L.Abdullayeva deyib.
Azərbaycanın ÇXR-dəki səfiri Əkrəm Zeynallı isə AZTV-yə bildirib ki, ÇXR-də hazırda 500 Azərbaycan vətəndaşı var. Uhanda 7 Azərbaycan vətəndaşı, o cümlədən 4 tələbə qalır.
Tələbələr yataqxanalarda təcrid ediliblər. Yerli hakimiyyət bütün əcnəbilərə küçələrə çıxmamağı tövsiyə edir və onları yemək və zəruri əşyalarla təmin edir. Çin hakimiyyəti şəhəri tərk etməyi məqsədəuyğun hesab etmir.
Azərbaycan tərəfi öz vətəndaşlarını gətrimək məqsədilə ÇXR hakimiyyəti ilə danışıqları davam etdirir və bunun tezliklə həyata keçiriləcəyinə ümid edir, səfir bildirib.
© Turan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır




















.jpg)



