Azərbaycan ilə Almaniya birgə müəssisənin yaradılmasını müzakirə ediblər
Azərbaycan ilə Almaniya birgə müəssisənin yaradılmasını müzakirə ediblər.
“Azərbaycan Sənaye Korporasiyası” ASC-dən bildirilib ki, qurumun baş direktoru Kamran Nəbizadə və Almaniyanın “Achenbach Buschhütten” şirkətinin beynəlxalq satış üzrə icraçı direktoru Rolf Vilbersin başçılıq etdiyi nümayəndə heyəti arasında işgüzar görüş keçirilib.
Görüşdə korporasiyanın “Strateji inkişaf və kommersiya” departamentinin rəhbər heyəti, eləcə də “Azəralüminium” MMC-nin əməkdaşları və “Eco Metal Consulting” şirkətinin icraçı direktoru Markus Spieberger iştirak edib.
“Achenbach Buschhütten” şirkəti əlvan metal prokat, alüminium xəlitələri istehsal edən mürəkkəb zavodların qurulması, modernləşdirilməsi sahəsində yüksək təcrübəyə malikdir. Həmçinin “Achenbach Buschhütten” bu sahə üzrə avadanlıqların istehsalı istiqamətində ixtisaslaşmış şirkətdir və dünya avtomobil sənayesinin aparıcı şirkətləri ilə əməkdaşlıq edir.
Görüşdə “Azəralüminium” MMC-də müəssisənin istehsal gücünün artırılması və yeni metalyayma zavodunun inşası, həmçinin birgə müəssisənin yaradılması və investisiya yatırımının perspektivləri mövzusunda da müzakirələr aparılıb.
Sonda görüş iştirakçıları hər iki qurum arasında iş birliyinin qurulmasının istiqamətləri və uzunmüddətli əməkdaşlığın inkişafı üzrə müzakirələrin aparılmasının vacibliyini vurğulayıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
17 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















