Neft gecə daha da ucuzlaşdı
Beynəlxalq konyunktur Azərbaycan üçün əlverişsizləşir. Brent neftinin qiyməti 54 dollardan da aşağı düşüb.
Çindən yayılmağa başlamış yeni növ koronavirusun neftə tələbi azaldacağı narahatlığı neft qiymətlərinin düşməsinə səbəb olur.
"Marja" xəbər verir ki, Bakı vaxtı ilə saat 06:50-də Brent nefti 3,3% ucuzlaşma ilə 54,82 dollardan alıcı tapıb.ABŞ xam neftinin qiyməti isə 2,1% ucuzlaşaraq 50.50 dollara geriləyib.
Gecə saatlarında Brent neftinin qiyməti 53,97 dolları, ABŞ xam neftinin qiyməti isə 49,82 dollları test edib.
Beynəlxalq kredit reytinqi təşkilatı "Fitch Ratings", koronavirus epidemiyasının böyüməsi vəziyyətində neft tələbini azalda biləcəyi məlumatını yayıb.
Qlobal bank "Citigroup", əmtəə (neft, mis, dəmir və s.) qiymətləri proqnozlarını aşağı salıb və Çində ortaya çıxan koronavirusun təsirinin ilk əvvəl düşünüləndən daha pis ola biləcəyini qeyd edib. Bank, Brent neftinin son 2.5 ilin ən aşağı səviyyəsi olan 47 dollara düşə biləcəyini qeyd edib.
Neft qiymətləri ilin əvvəlindən bəri isə 14% düşüb.
Sürətlə yayılan virusa görə Çin bəzi şəhərlərinə giriş-çıxışı qadağan edib. Bəzi hava yolu şirkətləri də Çinə uçuşlarını dayandırıblar. İnvestorlar dünyanın ən böyük idxalçısı Çinin neft tələbinin azalacağını gözləyirlər. Ölkənin neftayırma zavodlarının çoxu böyük ehtimalla istehsalını azaldacaq ya da dayandıracaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 5 d. əvvəl
-
11 d. əvvəl
"Bank Respublika"nın nizamnamə kapitalının artırılması müzakirə ediləcək
- 33 d. əvvəl
-
43 d. əvvəl
Putin və Tramp 1,5 saatdan çox telefon danışığı aparıb - ƏSAS MƏQAMLAR
- 1 saat əvvəl
-
11 saat əvvəl
Danimarka şirkəti tərəfindən Azərbaycanda külək turbinlərinin istehsalı nəzərdən keçirilib
-
15 saat əvvəl
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Rəsmi məzənnələr açıqlandı
Neft kəskin bahalaşıb - QİYMƏTİ 126 DOLLARI DA KEÇİB
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
Danimarka şirkəti tərəfindən Azərbaycanda külək turbinlərinin istehsalı nəzərdən keçirilib
Ən çox oxunanlar
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb
Rusiya OPEC+da qalmağa davam edəcəyini açıqlayıb
İranın pul vahidi dollar qarşısında tarixi minimumda






.jpg)
.jpg)









.jpg)








