Azercell olimpiada qalibləri ilə görüşdü
® Ölkə əhalisinin əksəriyyətinin seçimi və yerli mobil rabitə bazarının lideri olan “Azercell Telekom” MMC daima gənclərin fərdi və elmi inkişafına yönələn təşəbbüsləri ilə fərqlənir.
Bu istiqamətdə ənənəsini uğurla davam etdirərək, şirkət fevral ayının 12-də ölkəmizi dəfələrlə informatika fənni üzrə beynəlxalq olimpiadalarda layiqincə təmsil edən Abutalıb Namazov, Murad Eynizadə, Əziz Hüseynov və İbrahim Tağızadə ilə görüş təşkil edib.
Azercell Telekom-un prezidenti Vahid Mürsəliyev, şirkətin Korporativ Ünsiyyət bölümünün rəhbəri Nigar Şıxlinskaya, Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev, Təhsil İnstitunun mütəxəssisi Qorxmaz Mustafayev, beynəlxalq olimpiadalara hazırlıq komandasının müəllimləri Kənan Əsgərli və Rəşad Məmmədov şagirdləri qazandıqları uğur münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzu ediblər. “Məktəblilərimizin son illər ərzində beynəlxalq olimpiadalarda yüksək nəticə göstərmək tendensiyası qürur verici bir haldır. Mən çox şadam ki, şagirdlərimizin bu nailiyyətində Azercell-in də əməyi var. Biz, Azercell şirkəti olaraq, ölkəmizdə informasiya-texnologiyaları sahəsində təhsilin, insan kapitalının sürətli inkişafı və yüksəkixtisaslı kadrların yetişdirilməsi məqsədilə təşkil edilən layihələrə daima dəstək oluruq və bu istiqamətdə fəaliyyətimizi gələcəkdə də davam etdirəcəyik”, - deyə Vahid Mürsəliyev görüşdə giriş nitqi ilə çıxış edərək qeyd edib. Fuad Qarayev, öz növbəsində, Azercell şirkətinə təşəkkürünü bildirərək, Təhsil İnstitutu ilə “Azercell Telekom” MMC-nin artıq bir neçə il ərzində informatika sahəsi üzrə istedadlı şagirdlərin aşkar edilməsi, onlarla məqsədyönlü işlərin aparılması istiqamətində əməkdaşlıq etdiyini və bu səylərin nəticəsi olaraq komandamızın nailiyyətlərinin növbəti beynəlxalq olimpiadalarda da davam edecəyinə ümid etdiyini bildirib. Azercell tərəfindən istedadlı şagirdlərimizə dəyərli hədiyyələr də təqdim edilib.
Xatırladaq ki, bu il məktəblilərimiz daha bir ilkə imza atmağa müvəffəq olublar. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Abutalıb Namazov, 8-15 yanvar tarixlərində Qazaxıstanın Almatı şəhərində baş tutan 16-cı Beynəlxalq Jautikov Olimpiadasında qızıl medal alaraq, informatika fənni üzrə ilk ali mükafatı Azərbaycana gətirib. Eyni zamanda, həmin liseyin 11-ci sinif şagirdi Murad Eynizadə gümüş və Gəncə şəhər 15 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıblar.
Qeyd edək ki, 2017-ci ildən etibarən Azercell şirkəti Təhsil Nazirliyi ilə birgə informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlaşan şagirdlər üçün xüsusi təlimlər təşkil edərək, onlara öz elmi potensiallarını inkişaf etdirməklərinə töhfə verir.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
2 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
4 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 5 saat əvvəl
-
6 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 6 saat əvvəl
-
6 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək




























