Valyuta qaydalarının pozulmasından irəli gələn 6 minə yaxın məhkəmə işinə xitam veriləcək
Bu gün Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri‐rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişiklikləri təsdiq edib.
Azərbaycan Sahibkarlar Konfederasiyasının baş katib əvəzi Kristina Məmmədova deyib:
“Bu Azərbaycan Sahibkarlar Konfederasiyasının sahibkarların hüquqlarının müdafiəsi və biznesin inkişafı naminə daha bir uğurudur və konstruktiv əməkdaşlığa, ölkə sahibkarlarının probleminə yanaşma tərzinə görə Mərkəzi Banka, Maliyyə Sabitliyi Şurasına təşəkkür edirik”.
Onun sözlərinə görə, xaricə ödənilmiş avans ödənişləri müqabilində alınan mallar əvvəllər 180 gün ərzində idxal edilməli idi. Bu qaydalar sahibkarların idxal əməliyyatlarında ciddi çətinliklər yaratmışdı. Azərbaycan Sahibkarlar Konfederasiyasının təklifi ilə 180 gün 270 günə qaldırıldı, lakin ölkədə sahibkarlığın inkişafına göstərilən diqqət və qayğı, eləcə də müasir texnologiyaların tətbiqi ilə bağlı çağırışlar idxalın 270 günə reallaşdırılması ilə bağlı çətinliklər yaradırdı. Bu qaydaların pozulmasından irəli gələn 12 min iş vardı və həmin işlərdən 6 minə qədəri hazırda məhkəmədə baxılır.
K.Məmmədova bildirib ki, Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmovun və Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin birgə təşəbbüsləri nəticəsində 10 yanvar 2020-ci ildə Mərkəzi Bankda sahibkarlar, bank rəhbərləri və Mərkəzi Bank aparatının birgə iştirakı ilə geniş iclas keçirilib. İclasın nəticəsində işçi qrup yaradılıb. İşçi qrupun gərgin əməyinin nəticəsində məhz bugünkü müsbət nəticələr əldə olunub.
“Bizim üçün çox sevindirici haldır ki, bu məsələ müsbət həll olundu. Bu o deməkdir ki, artıq 6 minə yaxın məhkəmə işinə xitam veriləcək”, deyən K.Məmmədova qaydalara dəyişikliklərin sahibkarlığın inkişafına təkan verəcəyini qeyd edib.
Xatırladaq ki, dəyişikliklərə əsasən qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti mövcud 270 (iki yüz yetmiş) gündən ən geci 2 (iki) il müddətinə qədər uzadılmış, eyni zamanda idxal olunmayan mal və xidmətlərin dəyəri 10 000 ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
9 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
-
9 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
10 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
14 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
- 14 saat əvvəl
-
15 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
15 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Ən çox oxunanlar
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb



























