“Rəqəmsallaşma ilə neftvermə əmsalını 45-50%-ə çatdırmaq mümkündür”
Bu gün Azərbaycanda neft-qaz sənayesində yüksək texnoloji həllərin tətbiqi və bu sektorun rəqəmsallaşması prioritet istiqamətlərdən biridir. Bu sahədə informasiya və kommunikasiya texnologiyalarının (İKT) tətbiqi mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, dosent Yadigar İmamverdiyev "İKT-nin vəziyyəti, rəqəmsallaşma bu sektora hansı keyfiyyət dəyişiklikləri gətirə bilər" fikrinə münasibət bildirib.
O, SOCAR-ın rəqəmsallaşdırma konsepsiyasına işarə edərək deyib ki, bu gün Azərbaycanda neft-qaz sənayesinin rəqəmsallaşması istiqamətində böyük işlər görülüb: “Beynəlxalq miqyasda informasiya və kommunikasiya texnologiyalarının neft-qaz sənayesində tətbiqi hələ ötən əsrin 60-cı illərinə gedib çıxır. İri kompyüterlərin istehsalı ilə bank, hərbi sektorlar ilə yanaşı, neft-qaz şirkətləri də bu texnologiyaların tətbiqində təşəbbüs göstərməyə başladı. Bu onunla əlaqədar idi ki, neft ehtiyatları getdikcə tükənir, neft çıxarılması isə çətinləşirdi. Bu özünü daha bariz formada hasilatın qurudan dənizə keçməsində göstərdi".
Ekspert bildirib ki, Azərbaycanda rəqəmsal texnologiyaların neft-qaz sənayesində tətbiqi elə həmin dövrlərə təsadüf edir.
"Bu gün ölkəmizə yüksək texnologiyalar həm "Əsrin müqaviləsi"nin iştirakçısı olan şirkətlər vasitəsilə, həm də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) vasitəsilə gətirilir. Buna misal olaraq SOCAR-ın bəzi neft yataqlarında ağıllı neft-mədən konsepsiyasını həyata keçirməsi göstərilə bilər. Burada söhbət real istehsalın virtual analoqundan gedir. Yəni istehsal obyektinin işinin real prosesləri rəqəmsal platformada onlayn rejimdə əks olunur. Son məqsəd isə ondan ibarətdir ki, insansız, məsafədən idarə olunan, qərarlar qəbul etməyə imkan verən texnlogiyaların yeridilməsidir. Yəni həm qərarların qəbulundan, həm də onların icrasının tam avtomatlaşdırılmış sistemlərə keçirilməsindən söhbət gedir. Bu isə öz növbəsində insan faktorunu minumuma endirməklə risklərin azalmasına gətirib çıxarır. Eyni zamanda istehsalın davamlılığı təmin olunur ki, bu da istehsalın həcminin artması ilə nəticələnir. İndi buna demək olar, müəyyən dərəcədə nail olunub", - Y.İmamverdiyev diqqətə çatdırıb.
Onun sözlərinə görə, rəqəmsallaşma sayəsində neftvermə əmsalını 45-50%-ə çatdırmaq mümkün ola bilər: "Bu, neft quyusundakı faktiki ehtiyatın hasilata nisbətini ifadə edən əmsaldır və hazırda bizdə 35% ətrafındadır. Bu əmsalın artırılması istismar olunan quyuların rentabelliyinə birbaşa təsir göstərəcək. Lakin proses təkcə hasilatla yekunlaşmamalıdır və rəqəmsallaşma kəşfiyyatdan tutmuş neftin satışınadək olan bütün həlqələrdə əksini tapmalıdır. SOCAR-ın rəqəmsallaşdırma konsepsiyası yaxın gələcəkdə bunları təmin etməyə imkan verəcək”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
21 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















