Ləğv prosesində olan BOKT-un kredit portfeli yeni yaradılmış BOKT-a ötürülüb
Ləğv prosesində olan “Vijn Fond Azərkredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) kredit portfeli ötən il noyabrın 1-də yaradılmış və hələ ki, lisenziyası olmayan “Azkredit” MMC BOKT-a ötürülüb.
Bu barədə maliyyə bazarındakı mənbə bildirib.
Portfelin məbləği açıqlanmır. Yalnız o məlumdur ki, “Azkredit”ə rəhbərlik vaxtilə “Vijn Fond Azərkredit”in direktoru olmuş Anar Şahbazova həvalə olunub. O, bu vəzifəyə yanvarın 16-da təyin edilib. Halbuki yeni BOKT-un dövlət qeydiyyatı zamanı onun qanuni təmsilçisi kimi yeganə təsisçisi - Qurban Əsgərov göstərilirdi.
Xatırladaq ki, “Vijn Fond Azərkredit” 1996-cı ildə yaradılıb. Onun təsisçiləri ABŞ-ın “Vision Fund İnternational” təşkilatı (52%), Lüksemburqun “Rural Impulse FUND II S.A., SICAV-SIF” təşkilatı (24%) və Niderlandın “ASN Belegginsinstellingen Baheer B.V.” təşkilatı (24%) olub. Azərbaycan manatının 2015-ci ildəki ikili devalvasiyasından sonra BOKT-un maliyyə vəziyyəti pisləşib və kredit təşkilatı müflis elan edilib, əmlakı (avtomobillər, qızıl-zinyət əşyaları) satışa çıxarılıb.
© “Report”
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
14 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























