“Bu problem daha çox bankların problemi idi" - MƏRKƏZİ BANKIN QƏRARI DÜZGÜNDÜR
“Unibank”ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov, Mərkəzi Bankın idxal əməliyyatları ilə bağlı valyuta rejiminin yumuşaltmasına dair qərarını düzgün hesab edir.
“Bu problem daha çox bankların problemi idi, nəinki sahibkarların. Lakin bütövlükdə, bu düzgün qərardır və bu sahədə mövcud olan praktiki problem həll olunmalıdır. Xüsusilə, yeni rejim kiçik və orta biznesin bütün problemlərini həll edəcək”, - Hüseynov jurnalistlərlə söhbət zamanı bildirib.
O əlavə edib ki, əvvəl sahibkarlar öncə qüvvədə olan qeyri-məntiqli cərimələr ödəmək məcburiyyətində olublar.
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 20.02.2020-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri‐rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklər təsdiq olunmuşdur.
Dəyişikliklərə əsasən, qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti mövcud 270 (iki yüz yetmiş) gündən ən geci 2 (iki) il müddətinə qədər uzadılmış, eyni zamanda idxal olunmayan mal və xidmətlərin dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılmışdır.
Yuxarıda adı çəkilən Qaydalara dəyişikliklər Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra qüvvəyə minəcəkdir.
Qeyd edək ki, əvvəl qüvvədə olan Qaydalara əsasən, xaricə ödənilmiş avans ödənişləri müqabilində alınan mal 270 gün ərzində Azərbaycan Respublikasına idxal edilməli idi. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda sahibkarlıq subyektləri yüksək məbləğdə cərimə edilirdi.
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
22 d. əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
-
24 d. əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 36 d. əvvəl
-
1 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
1 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
1 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
























