Şərab şirkəti institut ilə müqavilə imzaladı
Aqrar Elm və İnnovasiya Mərkəzinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu ilə respublikamızın iri şərabçılıq müəssisələrindən olan “Abşeron-Şərab” ATSC arasında elmi əməkdaşlıqla bağlı müqavilə imzalanıb. Müqavilədə innovativ elmi nəticələrin istehsalata tətbiqi, elmi-tədqiqat müəssisələri ilə özəl sektor arasında sıx əməkdaşlığın qurulması nəzərdə tutulub.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, müəssisələr arasındakı əməkdaşlıq nəticəsində doktorant və dissertantların bilik və bacarıqlarının artırılması məqsədilə kadr hazırlığını təşkil etmək, gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstərmək, elmi kadrların mübadiləsi, gənc kadrlar üçün qısa və uzunmüddətli təlimlərin təşkili, yüksək keyfiyyətli milli şərab brendlərinin istehsalı məqsədilə Azərbaycanın yerli üzüm sortlarının (Mədrəsə, Xindoqnı, Bayanşirə, Şirvanşahı, Həməşərə və s.) biokimyəvi, texnoloji göstəricilərinin müasir metodlar əsasında öyrənilməsi, onların artırılması və becərilməsinin həyata keçirilməsi nəzərdə tutulur.
Əldə olunmuş razılığa əsasən, müəssisələrə məxsus laboratoriya və təsərrüfat sahələrində əməkdaşlıq çərçivəsində birgə layihələrin hazırlanması, istehsalat təcrübələri və təlimlərin təşkil edilməsi, tədqiqatların qabaqcıl metodlarının inkişafı və tətbiqi üzrə təcrübə mübadiləsi, beynəlxalq innovasiyaların tətbiqi və təşviqatı məqsədilə birgə maraq doğuran seminarların, sərgilərin təşkili, beynəlxalq dequstasiyaların keçirilməsi, şərabçılıq məhsulları üzrə normativ-texniki sənədlərin hazırlanmasında iştirak qərara alınıb.
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimovla “Abşeron-Şərab” ATSC İdarə Heyətinin sədri Xəlil İsmayılov arasında aparılmış müzakirəyə əsasən, gələcəkdə şərabçılıq məhsullarının (süfrə, kəmturş, kəmşirin və desert şərablarının, konyakların və digər alkoqollu məhsulların) yeni istehsal texnologiyalarının işlənib hazırlanması, mövcud olanların təkmilləşdirilməsi, rəqabətə davamlı yeni içki növlərinin istehsalı, sınağı və tətbiqi, üzümçülük və şərabçılıq tullantılarının üzvi maddələrlə, o cümlədən müalicəvi, kosmetik bioloji aktiv maddələrlə zəngin olduğunu nəzərə alaraq, onlardan üzüm yağı alınmasının elmi əsaslarla təşkili həyata keçiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 19 saat sonra
-
-
2 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
4 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
Azərbaycan neftinin son qiyməti






.jpg)








.jpg)






