Təhlükəsiz bank seyflərindən faydalanın!
(®) Qarşıdan gələn bayram günlərini nəzərə alan Expressbank, müştərilərin rahat istirahəti üçün bank seyflərinin icarəsi xidmətini təqdim edir. Bu xidmət müştərilərin evlərində saxladığı qızıl zinət əşyaları, xüsusi əhəmiyyətli sənədlər, pul və digər dəyərli nəsnələrin təhlükəsiz saxlanması üçün nəzərdə tutulur.
Belə ki, evindən bir neçə günlük kənarlaşan müştərilər məxfilik qorunmaq şərti ilə və sərfəli tariflərlə bank seyflərinə nəsnələrini yerləşdirə bilərlər. İstənilən zaman müştəri banka iş saatları çərçivəsində yaxınlaşaraq, seyfdən pul və ya digər qiymətli əşyalarını geri ala bilər.
Hər zaman müştərilərin etibarlı tərəfdaşı olan Expressbank-ın təklif etdiyi bu xidmətdən fiziki şəxslərlə yanaşı, hüquqi şəxslər də faydalana bilər. Seyflərin icarə qiyməti seyflərin ölçülərinə və icarə müddətinə görə dəyişir. Bu barədə daha ətraflı məlumatı http://bit.ly/39oBbpY linkdən əldə edə bilərsiniz.
Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı “132” Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 7 d. əvvəl
- 11 d. əvvəl
-
14 d. əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
-
37 d. əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
-
57 d. əvvəl
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir
-
2 saat əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 2 saat əvvəl
Son Xəbərlər
Dünya Bankının “Business Ready 2025” hesabatında Azərbaycanda maliyyə xidmətləri yüksək qiymətləndirilib
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Ən çox oxunanlar
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO























