Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Neftdə çöküşdən sonra qiymət proqnozları pisləşdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neftdə çöküşdən sonra qiymət proqnozları pisləşdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Neft qiymətlərinin 1991-ci ildən bəri ən kəskin enişi qeyd etməsinin ardından qlobal investisiya bankları Morgan Stanley və Goldman Sachs qiymət proqnozlarını aşağı salıblar.

 

Reklam_3_11

Marja xəbər verir ki, Səudiyyə Ərəbistanının neft qiymətlərini salması və Apreldən sonra istehsalı artırmaq planı qurması bu gecə xam neft qiymətləri 31% düşüb. Bu, Körfəz müharibəsinin başladığı 1991-ci ildən bəri ən böyük gündəlik ucuzlaşmadır. Brent neftin barel qiyməti 31.02 dollara geriləyib. 

 

ABŞ xam neftinin barel qiyməti də təxminən 30% düşərək 27 dollaradək geriləyib, bu da 1991-ci ildən bəri ən böyük ucuzlaşmadır.

 

Çində bu il neftə tələbin artmayacağını nəzərdə tutan Morgan Stanley 2020-ci ilin 2-ci rübü üçün Brent nefti qiymət proqnozunu 57.50 dollardan 35 dollara, ABŞ nefti qiymət təxminini isə 52.50 dollardan 30 dollara endirib.

 

Goldman Sachs isə Rusiya - Səudiyyə Ərəbistanı qarşıdurmasını və koronavirusun neft tələbini çökdürməsini səbəb göstərərək 2-ci və 3-cü rüb Brent nefti qiyməti proqnozlarını 30 dollara salıb. Bankın əsas ssenarisinə görə, OPEC neft hasilatının azaldılması üzrə hələlik bir razılaşma təmin edə bilməyəcək.

09.03.2020 09:14
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18