“Çörəkçi” hər gün 1000 ailəyə çörək çeşidlərini təmənnasız çatdırır
“Çörəkçi” zavodunun daxil olduğu “Delta Qrup C.O.” MMC ölkəmizdə baş verən xüsusi karantin rejimi ilə əlaqədər olaraq, sosial izolyasiya tədbirlərini, istehsaldan dağıtıma qədər olan bütün mərhələlərdə diqqəti daha da artırıb.
Şirkətin yaydığı məlumata görə, 65 yaşdan yuxarı şəxslərin evdən çıxmaq qadağasını nəzərə alaraq, 03.04.2020 tarixindən etibarən, Sumqayıt ərazisində yaşayan 1000 aztəminatlı ailələrə hər gün, karantin müddəti bitənə kimi “Çörəkçi” məhsulu olan çörək çeşidləri tam təmənnasız çatdırılır.
“Bu xidmətin özəyində, Azərbaycan xalqı olaraq hərzaman yardımsevər olduğumuzu göstərmək, çətin günlərdə imkanı olan şəxslərin ehtiyacı olan kəslərə yardımının önəmliliyinin nə qədər əhəmiyyətli olduğunu çatdırmaq, insanların üzündə bu günlərdə təbəssümə səbəb olmaq, qəlbində ümid yaratmaq durur. Bu təşəbbüsümüzə dəstəyinə görə Sumqayıt İcra Hakimiyyətinə dərin təşəkkürümüzü bildiririk. İcra Hakimiyyətinin birbaşa yardımı ilə, aztəminatlı ailələr ilə əlaqə saxlayaraq, bu prosesi başladıq”,- Şirkətin məlumatında deyilir.
“Çörəkçi” zavodu Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti və “Delta Qrup C.O.” MMC-nin vəsaiti hesabına 14.01.2013-cü il ildə təsis edilmişdir. Almaniyanın Werner&Pfleiderer şirkətinin avadanlığı və texniki dəstəyi ilə qurulmuş zavodda istehsalın hər bir mərhələsinə ayrı-ayrılıqda nəzarət sistemi tətbiq olunub. “Çörəkçi” zavodunun gündəlik istehsal gücü 150 tondur.
“Delta Qrup C.O.” Məhdud Məsuliyyətli Cəmiyyət 1999-cu ildə təsis edilmişdir. “Delta Qrup C.O.” MMC – də çoxillik iş təcrübəsinə malik, ixtisaslaşmış 1150 nəfər işçi qüvvəsi çalışır. İki əsas fəaliyyət sahəsi mövcuddur: yerli istehsalat və distribusiya (dağıtım).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
17 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 19 d. əvvəl
-
-
24 d. əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
29 d. əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
5 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
AccessBank-da kart əməliyyatları bərpa olundu
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb





























