Mehmanxanaların gəlirindəki azalma məlum oldu - YERLƏRİN 87%-İ BOŞ QALIB
Cari ilin birinci rübündə mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz azalaraq 60 milyon manat olub.
Dünyada koronavirus infeksiyasının sürətlə yayılması əksər ölkələrin turizm sektoruna da öz mənfi təsirini göstərmişdir. Bu hal ölkəmizdə də müşahidə olunmuş və cari ilin yanvar-mart aylarında ötən ilin eyni dövrü ilə müqayisədə turizm infrastrukturunun əsas elementlərindən olan mehmanxana və mehmanxana tipli müəssisələrin göstəricilərində azalma qeydə alınmışdır.
Marja Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkə üzrə mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 13 faiz azalaraq 474,6 min olmuşdur. Azalmaya əsas səbəb koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədar cari ilin mart ayında gecələmələrin sayında baş vermiş kəskin azalma olmuşdur. Belə ki, mart ayında gecələmələrin sayı fevral ayına nisbətən 2,7 dəfə, ötən ilin mart ayına nisbətən isə 2,9 dəfə azalmışdır.
Cari ilin birinci rübündə mehmanxanalarda keçirilmiş gecələmələrin 55,4 faizi Bakıda, 9,8 faizi Qusarda, 8,4 faizi Qəbələdə, 5,1 faizi Naftalanda, 4,6 faizi Qubada, 3,8 faizi Naxçıvan Muxtar Respublikasında, 2,0 faizi Lənkəranda, 1,7 faizi Şabranda, 1,0 faizi Mingəçevirdə, 0,8 faizi Gəncədə və 7,4 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı əvvəlki ilin birinci rübünə nisbətən 16,7 faiz azalaraq 314,9 min olmuşdur ki, bu da ümumi gecələmələrin 66,4 faizini təşkil edir. Gecələmələrin 15,9 faizi Rusiya Federasiyası, 12,0 faizi Birləşmiş Ərəb Əmirlikləri, 10,8 faizi Səudiyyə Ərəbistanı, 7,1 faizi Türkiyə, 6,7 faizi Hindistan, 5,3 faizi Küveyt, 4,0 faizi Böyük Britaniya, 3,6 faizi İran, 3,2 faizi İsrail, 2,3 faizi ABŞ, 1,9 faizi Qətər, 1,8 faizi İraq, 1,7 faizi Pakistan, 1,6 faizi Qazaxıstan, 1,4 faizi Almaniya, 1,0 faizi İtaliya, 0,9 faizi Gürcüstan, 0,9 faizi Bəhreyn, 17,9 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşmüşdür.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 73,4 faizi Bakıda, 7,8 faizi Qusarda, 5,2 faizi Qəbələdə, 4,9 faizi Naftalanda, 4,0 faizi Naxçıvan Muxtar Respublikasında, 2,5 faizi Qubada, 2,2 faizi isə digər rayon və şəhərlərdəki mehmanxanalarda qeydə alınmışdır. Azərbaycan Respublikası vətəndaşları üzrə mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə 4,7 faiz azalaraq 159,7 min olmuşdur.
Cari ilin birinci rübündə mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz azalaraq 60,0 milyon manat olmuşdur ki, onun da 58,5 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,8 faizi ictimai iaşə xidmətlərindən, 3,9 faizi müalicə və sağlamlıq xidmətlərindən, 9,8 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.
YERLƏRİN 87,8%-İ BOŞ QALIB
2020-ci ilin yanvar-mart aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə 12,2 faiz səviyyəsində olmuşdur (2019-cu ilin yanvar-mart aylarında 15,7 faiz). Bu göstərici Naftalanda 43,4 faiz, Beyləqanda 27,2 faiz, Qusarda 26,9 faiz, Şabranda 25,6 faiz, Qəbələdə 18,7 faiz, Cəlilabadda 18,4 faiz, Qubada 18,3 faiz, Bakıda 17,3 faiz, Naxçıvan Muxtar Respublikasında 16,5 faiz, Sabirabadda 15,3 faiz, Göyçayda 13,9 faiz, digər rayon və şəhərlərdə isə ölkə üzrə orta göstəricidən aşağı olmuşdur.
Müştərilərin xəbərləri

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 18 saat sonra
-
27 d. əvvəl
Azercell “Talassemiyasız həyat naminə!” proqramı çərçivəsində qanvermə aksiyası keçirib
-
-
1 saat əvvəl
Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq
-
1 saat əvvəl
Alibaba-nın səhmələrinin qiyməti son 4 ilin ən yüksək səviyyəsinə qalxıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
-
1 saat əvvəl
“Unibank”da bizneslər üçün alternativ maliyyələşmə imkanları müzakirə edilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq

Sentyabrın 25-də gözlənilən hava şəraiti

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi
Ən çox oxunanlar

Xalq Bank internet və mobil bankçılıq sistemində investisiya xidmətini istifadəyə verdi

Baku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət

Azərbaycan neftinin son qiyməti

Mercedes modellərinin satışı zəifləyib - YENİ İŞÇİ İXTİSARI

Azərbaycan Prezidenti Finlandiya Prezidenti ilə görüşüb

Rəsmi məzənnələr açıqlandı
