Dənizdə külək enerjisinin inkişafı üzrə Yol Xəritəsi hazırlanacaq
Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişafı üzrə əməkdaşlıq çərçivəsində Energetika Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) nümayəndələrinin iştirakı ilə onlayn seminar keçirilib.
Energetika Nazirliyindən Marja-ya daxil olmuş məlumata görə, Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dəstəyi ilə “Azərbaycanda dənizdə külək enerjisinin inkişaf etdirilməsi üzrə Yol Xəritəsi”nin hazırlanması ilə əlaqədar müzakirələr aparılıb.
Energetika Nazirliyinin Aparat rəhbəri Zaur Məmmədov bildirib ki, Yol Xəritəsinin hazırlanmasında məqsəd dənizdə və sahilyanı ərazilərdə külək enerjisinin potensialı, şəbəkəyə qoşulma imkanları, ətraf mühit və sosial təsirlərin qiymətləndirilməsi əsasında gələcəkdə hərraclara çıxarıla biləcək potensial zonaların müəyyənləşdirilməsidir.
Qurumla Energetika Nazirliyi arasında enerji sektorunda bazar münasibətlərinə mərhələli keçidin və bərpa olunan enerji sahəsinin inkişafının təmin edilməsi istiqamətlərində əməkdaşlıqdan məmnunluq ifadə edilib. Dünya Bankı Qrupunun dünyada dənizdə külək enerjisinin bazarları, bu enerjidən istifadəyə dair təcrübələri, 2030-cu ilədək proqnozları və bu sahənin inkişafına dəstəyi əks etdirən təqdimatı nümayiş olunub.
Bildirilib ki, “Azərbaycanda dənizdə külək enerjisindən istifadənin inkişafı üzrə Yol Xəritəsi”nin hazırlanması prosesi coğrafi məkan xəritələrinin tərtib olunması, zonaların müəyyənləşdirilməsi, iqtisadi, maliyyə, ekoloji və sosial aspektlərdə təhlillərin aparılması, təsirlərin qiymətləndirilməsi, icazə və razılıqların verilməsi, normativ hüquqi bazanın yaradılması, ötürmə sisteminin yenilənməsi, təchizat zəncirinin öyrənilməsi kimi məsələləri əhatə edəcək.
Dənizdə külək enerjisindən istifadə yeni iş yerləri, həmçinin ölkə iqtisadiyyatına əlavə dəyər qazandıran imkanlar yardacaq. Layihə üzrə işlərə cari ilin iyun ayında başlanması, dekabrda missiyanın Azərbaycana səfəri və Yol Xəritəsinin gələn ilin fevralında yekunlaşdırılması nəzərdə tutulur.
Qeyd olunub ki, Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə hazirlanacaq Yol Xəritəsi Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə və Paris Sazişi üzrə 2030-cu ilə qədər atmosferə atılan istixana qazlarını 35% azaltmaq öhdəliyinin icrasına da töhfə verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
8 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
10 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
11 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti























