CDB Bankdan yeni kart - “SAHİBKART”
Məlum olduğu kimi, “Caspian Development Bank (CDB)” 2017-ci ili “Yerli istehsala dəstək ili” elan edib.
Bankdan “Marja”ya daxil olmuş məlumata görə, bu konsepsiya çərçivəsində nəzərdə tutulan layihələrdən biri olaraq, bank bazara sahibkarlar üçün yeni “Sahibkart” məhsulu təqdim edir.
Adından da göründüyü kimi “Sahibkart” kartı sahibkarlıq fəaiyyəti ilə məşğul olan fiziki şəxslər, kiçik və orta sahibkarlıq subyektləri üçün nəzərdə tutulub. “Sahibkart” sahibini ölkə daxilində və xaricdə nağdsız ödənişlər, eləcə də gömrük və vergi, onlayn ödənişlər həyata keçirmək, ezamiyyə xərcləri, mal materialların ödənilməsi və digər biznes xərcləmələrini etmək imkanı ilə də təmin edir.
Bundan əlavə kart imkan verir ki, sahibkarlar vəsaitlərini banka gəlmədən istənilən bankın ATM-dən 7 gün 24 saat ərzində güzəştli nağdlaşdırma ilə əldə etsinlər. “Sahibkart”a vəsait daxil etmək də fasiləsiz mümküdür. Sahibkartın ən əsas üstünlüklərindən biri də odur ki, kart sahibi bankın bütün xidmətlərindən güzəştli tariflərlə istifadə etmək imkanı əldə edəcək və bu kart ona həm də gəlirlərini artırmaq imkanı yaradacaq.
“Sahibkart”ın şərtləri güzəşt və digər üstünlükləri ilə bağlı daha ətraflı məlumatı CDB Bankın filial və şöbələrinə müraciət etməklə, eləcə də 1545 Məlumat Mərkəzinə zəng vurmaqla əldə edə bilərsiniz.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
-
16 saat əvvəl
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
-
-
21 saat əvvəl
SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədrilə görüşüb
- 21 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Astarada "qara bazar"da dəyəri 90 milyon dollardan artıq olan heroin aşkar edildi
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
Dövlət 3 bankda 550 milyon manat depozit yerlədirib
Azərbaycanda nikahların və doğulan körpə sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb











.jpg)











