"Dünya liderliyi Çinə keçəcək, yeni kommunizm və faşizm nümunələri görəcəyik"
Dünyanın ən böyük hedc fondu Bridgewater Associates-in rəhbəri amerikalı Ray Dalio, koronavirus epidemiyasından sonra dünya liderliyinin ABŞ-dan Çinə keçəcəyini söyləyib. Hazırda yaşadığımız dövrü 1930-1945 dövrünə bənzədən və kapitalizm ilə sosializm arasında yenidən bir mübarizə dövrü başlayacağını iddia edən Dalio, kommunizm və faşizmin müasir nümunələrinin görülə bilinəcəyini qeyd edib.
Dünyanın ən böyük hedc fondu Bridgewater Associates-in rəhbəri Ray Dalio, koronavirus epidemiyasından sonra dünya nizamı və qlobal iqtisadiyyatın gələcəyinə dair çox təəccüblü açıqlamalar verib.
Marja xəbər verir ki, Yaponiyanın Nikkei qəzetinə danışan məşhur ABŞ-lı sərmayəçi, koronavirus epidemiyasının dünya nizamında "sürüşməyə" səbəb olduğunu və yaşananların Böyük Böhran ilə İkinci Dünya Müharibəsi arasındakı 1930-1945 dövrü qədər əhəmiyyətli olduğunuqeyd edərək, "Çin bu müddətdən dünyanın əsas gücü olaraq çıxacaq" deyib.
Bir epidemiyanın dünya iqtisadiyyatını darmadağın edə biləcəyini nəzərdə tutmaqda uğursuz olduğunu etiraf edən Dalio, epidemiyadan sonra həm ölkələr arasında, həm də ölkələr daxilində sərvət və güc qarşıdurmalarının artacağı proqnozunu verib.
ONSUZ DA BÖHRAN OLACAQDI, VİRUS SÜRƏTLƏNDİRDİ
Dalio-nun şərhlərindən əsas başlıqlar:
- Epidemiya əvvəlində qlobal iqtisadiyyatda bir kövrəklik vardı və qaçılmaz olaraq bir iqtisadi böhran olacaqdı, virus sürpriz sürətləndirici oldu.
- Yüksək borc və nəhəng sərvət bərabərsizliyinin olduğu ölkələrdə mərkəzi bankların normal borc dövrünü davam etdirəcək gücü qalmamışdı.
- Bu müddət ən çox 1930-1945 dövrünə bənzəyir. Mərkəzi banklar çarəsizcə yeni pul yaradırlar.
KAFİ QƏNAƏTİ OLMAYANLAR MÜFLİSLƏŞİR
- Kafi qənaəti (ehtiyatı) olmayan ölkələr, şirkətlər və şəxslər müflisləşir. Eyni səbəblər 1930-1945 dövründə də var olduğu üçün,bu vəziyyət qlobal geo-siyasi tarazlığı və dünya nizamını dəyişdirəcək.
- Sərvət və güc uğrunda qarşıdurmalar olacaq. Sosializm ilə kapitalizmə dair daha çox sorğular olacaq. Başda Çin ilə ABŞ arasında olmaqla ölkələr arasında sərvət və güc uğrunda daha çox qarşıdurma və mübarizə olacaq.
DOLLARIN UCUZLAŞMASINI GÖRƏCƏYİK
- ABŞ-ın dünya valyutası olan dollar yaratmaqdan qaynaqlanan böyük bir gücü var. Bu gün olduğu kimi, dollarda ifadə olunan böyük miqdarda borcları davam etdirmək üçün dollara böyük bir tələb olması ABŞ-a böyük bir güc verir.
- Bu borclar iflaslar ya da dollar çapı nəticəsində bir çox il ərzində silindiyində, ehtiyat (rezerv) pul vahidi olan dolların dəyərinin düşməsini görəcəyik. Bu vəziyyət ABŞ-ın iqtisadi gücünü müdhiş dərəcədə zəiflədəcək.
-Tarix, bütün imperatorluqların borcları və pul vahidləri ilə yüksəldiyini və çökdüyünü göstərmişdir. Britanya və Hollandiya imperatorluqlarının və onların valyutalarının aqibətinə bənzəyir.
YAVAŞ-YAVAŞ YUAN DÜNYANIN REZERV VALYUTASI OLACAQ
- ABŞ-ın geriləməsinin ardından Çin yeni dünya lideri olacaq amma bu müddət inqilabi deyil, təkamül yolla olacaq. Çin dünya iqtisadiyyatının liderliyini çox uzun olmayan bir müddətdə alacaq, ancaq ABŞ-da bir müddət ehtimalla rəqib güc olacaq. ABŞ və Çin arasındakı rəqabət və razılaşma dünya üçün böyük əhəmiyyət daşıyacaq.
- Yuanın ehtiyat (rezerv) valyutası olması bir az müddət sonra reallaşacaq, yavaş-yavaş baş verəcək. Dünyanın rezerv valyutasına sahib olmaq üçün açıq sərmayə bazarlarına sahib olmaq lazımdır.
İNKİŞAF EDƏN ÖLKƏLƏRDƏ ÇÖKÜŞLƏR OLACAQ
- Zəif ehtiyatlara malik olan inkişaf edən ölkələr, əlavə pul çap edəcəklər, kredit və inflyasiya problemi yaşayacaqlar. Nəhəng maliyyə ehtiyacları olacaq və batacaqlar. Bu vəziyyətdən xilas olmaq üçün güclü ehtiyat olmalıdır.
- Kapitalizm ilə sosializm arasında bir döyüş dövrü və sərvətin yenidən bölüşdürülməsində böyük dəyişiklik olacaq.
- Bu müddət 1930-larda yaşananlara bənzər olacaq, kommunizm ilə faşizmin müasir versiyaları ortaya çıxacaq.
- Dünya nizamını yenidən şəkilləndirmək mübarizəsitəxminən beş il davam edəcək, qazananlar və itirənlər dəqiqləşəcək.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 15 saat sonra
-
- 50 d. əvvəl
- 54 d. əvvəl
-
57 d. əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
1 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Ən çox oxunanlar

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
